Cisco routerlərində Telnet bağlantısının quraşdırılması

Cisco routerlərində Telnet bağlantısının quraşdırılması
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Cisco routerlərini konsol, telnet/ssh və aux bağlantısı vasitəsilə konfiqurasiya etmək mümkündür. Routerdə mövcud terminal bağlantı xəttlərini görmək üçün show line əmrini vermək olar.

show-line-e1309760032594.png

 

CTY - konsol terminalı
AUX - modem terminalı
VTY - telnet terminalı

 

Göründüyü kimi, Cisco 2961 model routerdə 1 konsol, 1 modem və 5 telnet bağlantı terminalı var. Bugünki dərsimizdə Cisco routerlərinə telnet bağlantısı ilə qoşulmağı izah edecəyik.

İlk olaraq,  router interfeysə ip ünvan verilməlidir. 192.168.1.0/24 şəbəkəsindən birinci host ip ünvani verək:

Router>enable
Router#configure terminal
Router(config)#interface fastEthernet0/0
Router(config)#ip address 192.168.1.1 255.255.255.0

Routerdə privileged executive rejimə şifrə verilməlidir:

Router>enable
Router#configure terminal
Router(config)#enable password test

Əgər şifrə verilməzsə, telnet bağlantısı qurulsa da, privileged executive rejimə daxil olmaq mümkün olmadığı üçün routeri konfiqurasiya etmək də mümkün olmayacaq. Bu zaman aşağıdakı xəta baş verəcək:

PC>telnet 192.168.1.1
Trying 192.168.1.1 …Open 
User Access Verification
Password: 
Router>enable

% No password set.

Telnet bağlantısı qurulacaq interfeysə ip ünvan verdikdən sonra virtual terminalları quraşdıraq. Routerdə 5 (0 4) virtual terminal movcuddur.

Router>enable
Router#configure terminal

Router(config)#line vty 0 4
Router(config-line)#password c1sco
Router(config-line)#login

Sonda write memory əmrini verməklə konfiqurasiyanı yaddaşda saxlayırıq.

 

Router# write memory
 
İndi telnet bağlantısını test edək. Kompüterinizi router-ə çarpazvari (crossover) tipli Ethernet kabeli vasitəsilə bağlayın və 192.168.1.0/24 şəbəkəsindən digər host ip ünvanı kompüterinizə yazın. Əmin olun ki, kompyüterinizin routerlə şəbəkə bağlantısı vardır. Bunun üçün router-i ping edək:

PC>ping 192.168.1.1

Pinging 192.168.1.1 with 32 bytes of data:

Reply from 192.168.1.1: bytes=32 time=79ms TTL=255
Reply from 192.168.1.1: bytes=32 time=62ms TTL=255
Reply from 192.168.1.1: bytes=32 time=47ms TTL=255
Reply from 192.168.1.1: bytes=32 time=59ms TTL=255

Ping statistics for 192.168.1.1:
Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
Approximate round trip times in milli-seconds:
Minimum = 47ms, Maximum = 79ms, Average = 61ms

Routerlə telnet bağlantısı quraq:

PC>telnet 192.168.1.1
Trying 192.168.1.1 …Open

User Access Verification

Password:                <====== telnet şifrənizi daxil edin. Bizim halda c1sco.
Router>enable
Password:                <====== privileged executive rejimin şifrəsini daxil edin. Bizim halda test.

Privileged executive rejimində configure terminal əmrini daxil etməklə routeri telnet bağlantısı üzərindən konfiqurasiya etmək olar. Telnet konfiqurasiyanı yoxlamaq üçün routerdə show running-config əmrini daxil edirik:

Router#show running-config !
!
!

line vty 0 4
password c1sco
login
!
!
!
 

Uğurlar!

Amal
CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı