Split Horizon qaydası

Split Horizon qaydası
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Bu dəfə şəbəkədə routinq prosesi zamanı yarana biləcək qapalı dövrə (loop) və routinq cədvələ səhv routların əlavə olunmasının qarşısını almaq üçün tərtib olunan split horizon qaydasından bəhs edecəyik. Split horizon qaydasının aktiv olduğu şəbəkədə routinq cədvəl aşağıdakı kimi olacaqdır:

split-horizon3.png

Split horizon qaydası deyir ki, bir router bir interfeysdən qəbul etdiyi update-ləri eyni interfeysdən geriyə yollamamlıdır. Bu qayda şəbəkədə qapalı dövrənin yaranmasının və səhv routların bir routerdən digər routerə yollanılmasının qarşısını alır.

Təsəvvür edək ki, R1 router fastethernet 0/0 interfeysi vasitəsilə R2 routerindən 10.0.0.0/24 şəbəkəsinin alır. Split horizon aktiv deyil və R1 router update aldığı fastethernet 0/0 interfeys vasitəsilə 10.0.0.0/24 şəbəkəsini geri R2 routerinə göndərir. R2 10.0.0.0/24 şəbəkəsinə iki routinqin olduğunu anlayır: biri birbaşa bağlı olan şəbəkə, digəri isə R1 router vasitəsilə əldə olunan şəbəkə. R2 router ilə R3 router arasında heç bir problem olmazsa, proses normal fəaliyyət göstərəcək. Amma problem olarsa, o zaman R2 10.0.0.0/24 şəbəkəsinin update-ni R1 routerdən də qəbul etdiyi üçün bu şəbəkənin hələ də movcud olduğunu düşünəcək. Amma 10.0.0.0/24 şəbəkəsinə göndəriləcək paketlər ünvanına çatmayacaq.

Split horizon qaydası susmaya görə (default) olaraq router və switch-lərdə aktivdir.

Uğurlar!

Amal
CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı