Cisco router-lərində DHCP server

Cisco router-lərində DHCP server
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Bu dəfə Cisco router-lərində DHCP (Dynamic Host Configuration Protocol) server-in quraşdırılmasından bəhs edəcəyik. DHCP server şəbəkədəki avadanlıqlara avtomatik olaraq ip ünvan (ip address),  şəbəkə maskası (subnet mask), son çıxış ip ünvanı (default gateway), ip ünvanın istifadə müddəti (lease time) və s. kimi məlumatları paylayır. DHCP prosesi aşağıdakı əsas 6 mərhələdən ibarətdir:

1. Şəbəkə avadanlığı şəbəkəyə DHCP DISCOVER paketini broadcast olaraq yollayır.

2. Şəbəkədə fəaliyyət göstərən DHCP server bu paketi qəbul edir və DHCP OFFERunicast packeti ilə cavab verir.  DHCP OFFER packeti ilə şəbəkə avadanlığının şəbəkə ilə məntiqi əlaqə yarada bilməsi üçün lazım olan ilkin məlumatlar (ip ünvan, şəbəkə maskası, son çıxış ip ünvanı və s.) ötürülür.

3. Şəbəkədə eyni anda bir neçə DHCP server fəaliyyət göstərə bilər. Şəbəkə avadanlığı hansı serverlə əlaqə quracağını təyin etmək üçün şəbəkəyə DHCP REQUEST paketini broadcast olaraq yollayır. Bu paketlə şəbəkə avadanlığı bundan əvvəl qəbul etdiyi DHCP OFFER paketində olan məlumatları qəbul edib-etmədiyini bildirir.

4. DHCP server şəbəkə avadanlığına DHCP ACK (acknowledgment) paketini unicast olaraq yollamaqla prosesin bitdiyini bildirir.

5.  Şəbəkə avadanlığl ona təklif olunan ip ünvanın artıq şəbəkədə istifadə olunduğunu bilərsə, və ya ona təklif olunan DHCP OFFER paketindəki məlumatların doğru olmadığını təyin edərsə, bu zaman DHCP server-ə DHCP DECLINE unicast paketini yollayır.

6. DHCP server DHCP NACK (negative acknowledgment) göndərməklə DHCP OFFERpacketi ilə yolladığı məlumatları inkar edib,  prosesin yenidən başlanmasını tələb edir.

DHCP.png

Cisco 2811 model router-də DHCP server-in quraşdırılmasına baxaq:

Susmaya görə (default) DHCP servisi aktivdir. Aktiv olmazsa, aşağıdakı əmr ilə aktivləşdiririk.

2811(config)#service dhcp

Şəbəkənizdəki server, printer və s. kimi avadanlıqlara statik olaraq ip ünvan vermisinizsə, onda DHCP server-ə bu ip ünvanları digər avadanlıqlara paylamamasını bildirmək lazımdır. Bizim halda DHCP server

172.16.1.1

172.16.1.2

172.16.1.3

172.16.1.4

172.16.1.5

172.16.1.6

172.16.1.7

172.16.1.8

172.16.1.9

172.16.1.10

ip ünvanlarını paylamayacaq.

2811(config)#ip dhcp excluded-address 172.16.1.1 172.16.1.10

DHCP hovuz yaradıb, ona ixtiyarı ad təyin edirik. Bizim halda DHCP172. Bu hovuza DHCP server-in paylayacağı məlumatları daxil edəcəyik.

2811#configure terminal

2811(config)#ip dhcp pool DHCP172

2811(dhcp-config)#network 172.16.1.0 255.255.255.0

2811(dhcp-config)#default-router 172.16.1.1

2811(dhcp-config)#domain-name arasdiraq.com

2811(dhcp-config)#dns-server 172.16.1.1

2811(dhcp-config)#lease 1 20 30

DHCP server-in fəaliyyət göstərməsi üçün əsas tələb olunan birinci iki əmrdir. Digər əmrlər ixtiyarı xarakter daşıyır. Sondakı lease əmri ilə DHCP serverin verdiyi məlumatların şəbəkə avadanlığı tərəfindən nə qədər müddətə istifadə olunacağı bildirilir. Bizim halda 1 gün 20 saat 20 dəqiqə kimi təyin edilmişdir. Müddət bitdikdən sonra şəbəkə avadanlığı DHCP server-dən məlumatları yenidən tələb edəcək.

DHCP Server haqqında statistik məlumat əldə etmək üçün aşağıdakı əmri veririk:

2821#show ip dhcp server statistics

DHCP Server-də ip ünvanın hansı avadanlığa verildiyini təyin etmək üçün aşağıdakı əmri veririk:

2821#show ip dhcp binding

DHCP Server-də yaradılmış DHCP hovuz haqqında məlumat əldə etmək üçün aşağıdakı əmri veririk:

2821#show ip dhcp pool

DHCP Server-də konflikt yaratmış ip ünvanları görmək üçün aşağıdakı əmri veririk:

2821#show ip dhcp conflict

DHCP Server-in payladığı ip ünvanlar cədvəlini silmək üçün aşağıdakı əmri veririk:

clear ip dhcp binding { ip ünvan | * } ip ünvan parametrindən istifadə edərək sadəcə bir ip ünvanı, * parametrindən istifadə edərək bütün ip ünvanları silmək olar.

DHCP Server-də konflikt yaratmış ip ünvanları silmək üçün aşağıdakı əmri veririk:

clear ip dhcp conflict { address | * } - ip ünvan parametrindən istifadə edərək konflikt yaratmış bir ip ünvanı, * parametrindən istifadə edərək konflikt yaratmış bütün ip ünvanları silmək olar.

DHCP Server-də mövcud bütün statistik məlumatı silmək üçün aşağıdakı əmri veririk:

clear ip dhcp server statistics

LÜĞƏT

discover  - kəşf
offer – təklif
request – müraciət
acknowledgment – təsdiq
negative – neqativ
lease – kirayə

 

Uğurlar!

Amal
CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı