OSI modeli – Application, Presentation və Session pillələri

OSI modeli – Application, Presentation və Session pillələri
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

OSI  (OPEN SYSTEMS INTERCONNECTION) Modeli

1984-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization-ISO) şəbəkə arxitekturasının pilləli modelinin hazırlanması üzrə işə başladı. Bununla da OSI modelinin əsası qoyuldu. OSI əsas iki komponentdən ibarətdir:

  • Basic Reference Model adlanan şəbəkənin mücərrəd modeli və ya yeddi pilləli model
  • Protokollar toplusu

Qeyd edildiyi kimi OSI modeli pilləli struktura malik olub, şəbəkə protokolunun dizaynının mücərrəd təsvirini verir. Bu model şəbəkə prosesini (networking process) 7 pilləyə bolür. OSI modelli şəbəkədə məlumat ən üst pillə olan Application pillədən ən aşağı pillə olan Physical pilləyə və əksinə ötürülür. Proqram (software) və ya avadanlıq (hardware) səviyyəsində fəaliyyət göstərməsinə görə OSI modelinin pillələri yuxarı (upper) və aşağı (lower) pillələrə bölünür. Yuxarı pilləyə daxil olan Application, Presentation və Session pillələri sırf proqramlarla bağlıdır. Aşağı pilləyə daxil olan Transport, Network, Data Link və Physical pillələr isə məlumatın ötürülməsinə cavabdehdir.

Application pilləsi

Application pilləsi OSI modelinin 7-ci və ən üst pilləsidir. Bu pilləyə aid protokollar şəbəkə yönümlü proqramlar arasında məlumat mübadiləsində iştirak edir. Bu proqramlardan ən çox istifadə olunanları elektron poçt (e-mail), web brauzerlər, FTP (File Transfer Protocol), SSH (Secure Shell), telnet və digərləridir.

Presentation pilləsi

Bu pillənin əsas 3 funksiyası vardır:

  1. Application pillədə mənbədən (source) alınan datanın mənsəbin (destination) anlaması uçün kodlaşdırılması və çevrilməsi
  2. Mənbədə datanın sıxışdırılması və mənsəbdə açılması
  3. Mənbədə datanın kodlaşdırılması və  mənsəbdə dekodlaşdırılması

Misal olaraq video və qrafik standartları göstərmək olar: Motion Picture Experts Group (MPEG) standartı video məlumatın sıxışdırılması və kodlaşdırılmasını, Joint Photographic Experts Group (JPEG) qrafik məlumatın sıxışdırılması və kodlaşdırılmasını təmin edir.

Session pillə

Adından da bəlli olduğu kimi bu pillə mənbə və mənsəb arasında informasiya mübadiləsi üçün lazımi dialoqun qurulumasına və bağlanmasına cavabdehdir. Bunu üçün session pillə infomasiyanın lokal, yoxsa şəbəkə xarakterli olduğunu təyin etməlidir. Sonuncu halda şəbəkə üzərindən əlaqə qurulur. Bu pillə OSI modeli üçün önəmli olsa da, əsas iş Transport pillənin üzərinə düşür.

Uğurlar!
Amal
CCNA/CCNP

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı