DHCP Relay

DHCP Relay
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Bu dəfə Cisco router-lərinin DHCP Relay funksionallığından bəhs edəcəyik. Bildiyimiz kimi, router-lər broadcast paketlərin bir şəbəkədən digər şəbəkəyə ötürülməsinə yol vermir. Bu zaman belə bir sual yarana bilər: Əgər bir şəbəkədə olan avadanlıq digər bir şəbəkədə yerləşən DHCP server-dən şəbəkə ilə məntiqi əlaqə yarada bilməsi üçün lazım olan ilkin məlumatları (ip ünvan, şəbəkə maskası, son çıxış ip ünvanı və s.) almaq istəyirsə, bu proses necə baş verəcək? DHCP haqqında yazılan məqalədən məlumdur ki, DHCP prosesin fəaliyyəti üçün broadcast paketlərin ötürülməsi vacibdir.

DHCP-RELAY.png

Fərz edək ki, PC0 və PC1 DHCP Server-dən şəbəkə ilə məntiqi əlaqə yarada bilməsi üçün lazım olan ilkin məlumatları almaq istəyir. Göründüyü kimi, PC0/PC1  və DHCP Server arasında Baku adlı router fəaliyyət göstərərək, PC0/PC1-dən DHCP Server-ə gedən bütün broadcast paketləri fastetherenet 0/0 interfeysində rədd edir. Bununla da, PC0/PC1 DHCP Server-dən şəbəkə ilə məntiqi əlaqə yarada bilməsi üçün lazım olan ilkin məlumatları ala bilmir. Məhz bunun üçün Cisco router-lərində DHCP Relay funksionallığı təyin edilmişdir. DHCP Relay funksiyası router-in interfeysinə gələn broadcast paketləri unicast paketlərə çevirərək, digər şəbəkəyə ötürür. DHCP Relay funksionallığının konfiqurasiya edilməsinə baxaq. DHCP Server-in ip ünvani 192.168.1.1/24 olarsa, DHCP Relay konfiqurasiyası aşağıdakı kimi olacaq:

1. Konfiqurasiya moduna daxil oluruq:

Baku#configure terminal

2. Router-də PC0/PC1-dən gələn broadcast paketlərin qəbul olunduğu interfeysə daxil oluruq:

Baku(config)#interface fastethernet 0/0

3. DHCP Server-in ip ünvanını qeyd edirik:

Baku(config)#ip helper-address 192.168.1.1

4. Konfiqurasiya modundan çıxırıq:

Baku(config)#end

5. Konfiqurasiyanı başlanğıc konfiqurasiyaya (startup-config) yazırıq:

Baku(config)#write memory

6. Konfiqurasiyanı yoxlamaq üçün show running-config əmrini veririk:

Baku(config)#show running-config

Susmaya görə ip helper-address əmri aşağıdakı UDP protokolundan istifadə edən servislərin fəaliyyətinə imkan verir:

Port 37: Time

Port 49: TACACS

Port 53: DNS

Port 67: DHCP/BOOTP client

Port 68: DHCP/BOOTP server

Port 69: TFTP

Port 137: NetBIOS name service

Port 138: NetBIOS datagram service

Əlavə olaraq, hansısa digər bir servisin fəaliyyətini təmin etmək istəyirsinizsə, konfiqursiya modunda ip forward-protocol udp port number | service name əmrini vermək lazımdır.

 

Uğurlar!

Amal
CCNA/CCNP

 

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı