OSI modeli – Transport pillə, 2-ci hissə

OSI modeli – Transport pillə, 2-ci hissə
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Transport pillənin iki protokolu Transmission Control Protocol (TCP) və User Datagram Protocol (UDP) var. Hər iki protokol müxtəlif proqramlar arasında baş verən kommunikasiya prosesini idarə edir.  TCP və UDP protokolu yerinə yetirdikləri funksiyalara görə fərqlənirlər.

User Datagram Protocol (UDP)

UDP sadə, əlaqə tələb etməyən (connectionless) bir protokoldur. RFC (Request for Comments) 768-də izah edilmişdir. Bu protokolun üstünlüyü data ötürmə prosesində data hissəcikləri üzərinə  əlavə olaraq az informasiya (low overhead) yazmasındadır. UDP protokolunda kommunikasiya hissəcikləri dataqram adlanır. UDP protokolundan istifadə edən proqramlara misal olaraq Domain Name System (DNS), Video Streaming, Voice over IP (VoIP) və s. göstərmək olar.

UDP-e1308721318975.png

Transmission Control Protocol (TCP)

TCP protokolu əlaqə tələb edən (connection-oriented) protokoldur. RFC 793-də izah edilmişdir. TCP protokolu özünün bir çox funksiyasını həyata keçirmək üçün data hissəciklərinin üzərinə  əlavə informasiya yazır.  Bu informasiya düzgün sırada toplanma, etibarlı çatdırma və axına nəzarət kimi funksiyaların həyata keçirilməsinə kömək edir. Hər bir TCP seqmentində bu əlavə informasiya 20 bayt təşkil edərək,  başlıq bölümünə yazılır. UDP seqmentində isə bu 8 baytdır. TCP protokolundan istifadə edən proqramlara misal olaraq veb brouzerləri, elektron poçtu, fayl ötürmə proqramlarını və s. göstərmək olar.

TCP-segment-e1308721681555.png

Bir çox proqramlar həm TCP, həm də UDP protokolundan istifadə edir. UDP protokolunun data hissəcikləri üzərinə əlavə olaraq az informasiya yükləmə xüsusiyyəti DNS servisinin klientlərin sorğusuna tez cavab verməsinə imkan yaradır. TCP protokolunun etibarlılıq funksiyası tələb olunduğu hallarda TCP və UDP protokolları 53 portdan istifadə edərək, DNS servisi ilə əlaqə qurur.

Port ünvanlama

Təsəvvür edin ki, istifadəçi eyni anda elektron poçt yollayır və qəbul edir, internetdə veb səhifələrə baxır və VoIP texnologiyasında istifadə edərək telefon zəngi edir. TCP və UDP xarakterli servislər kommunikasiya prosesində iştirak edən müxtəlif proqramları izləyir. Hansı seqmentlərin və dataqramların hansı proqram üçün nəzərdə tutulduğunu bildirmək üçün TCP və UDP protokollarının başlıq hissəsinə unikal işarə əlavə edilir. Bu unikal işarələr port nömrələri adlanır.

Hər bir seqment və ya dataqramın başlıq hissəsində mənbə (source port) və mənsəb (destination port) portları olur. Mənbə port mənbədəki proqramla, mənsəb port isə mənsəbdəki proqramla əlaqələdirilir. Port nömrələri datanın müraciət (request), yoxsa cavab (respond) olmasından asılı olaraq təyin edilir. Server prosesləri statik port nömrələrə malik olduğu halda, klient tərəfi hər bir əlaqə üçün dinamik olaraq port nömrəsi seçir. Klient proqram serverdəki proqrama müraciət etdikdə, başlıq hissədəki mənsəb port yerinə serverdəki servisə (daemon) ayrılmış port nömrəsi yazılır. Bu mənsəb port nömrəsi susmaya görə (default) və ya əl ilə verilə bilinər. Məsələn, veb brauzer veb serverə müraciət edəndə, brauzer TCP protokolundan və 80 nömrəli portdan istifadə edir. Çünki TCP portu olan 80 veb server servisnin susmaya görə portudur. Seqment ve ya dataqramın başlıq hissəsindəki mənbə portu ixtiyari (randomly) olaraq generasiya edilir. Sistemdəki digər portlarla münaqişə yaratmadığı halda klient mənbə portu üçün istənilən portu seçə bilər. Bu port nömrəsi serverə müraciət edən proqramın serverdən alınmış cavabı geriyə çatdırması üçün lazım olan  ünvandır. Transport pillə bu portu və müraciət edən proqramı izləyir ki, cavab gəldiyində bu cavabı lazımi proqrama yönləndirə bilsin. Müraciət edən proqramın port nömrəsi serverdən gələn cavabda mənsəb portu kimi göstərilir.

TCP-muraciet.png

 

TCP-cavab.png

Klient tərəfdə Transport pillənin port nömrəsi və Network pillənin ip ünvanı birlikdə unikal olaraq müəyyən bir prosesi təyin edir. Bu birləşmə soket (socket) adlanır. Misal üçün veb serverin ip ünvanı 192.168.1.20 olarsa, klient veb serverə müraciət edərkən soket 192.168.1.20:80 olacaq. Klientin ip adresi 192.168.100.48 və dinamik olaraq təyin edilmiş portu 49152 olarsa, onda veb serverin klientdən gələn müraciəti işlədikdən sonra cavabı 192.168.100.48:49152 soket ünvanına yollanılacaq.

Davamı var…

 

Uğurlar!

Amal
CCNA/CCNP

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı