OSI modeli – Transport pillə, 5-ci hissə

OSI modeli – Transport pillə, 5-ci hissə
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Mənbə və mənsəb TCP protokolundan istifadə edərək məlumat ötürməzdən əvvəl əlaqə yaradır. Məlumat mübadiləsi qurtardıqdan sonra sessiyalar bağlanır və əlaqə sonlandırılır. Əlaqə və sessiya mexanizmi TCP protokolunun etibarlılığını təmin edir. Məlumat mübadiləsində iştirak edən tərəflər hər seqmenti sessiya çərçivəsində izləyir və TCP başlığındakı məlumatdan istifadə edərək hansı məlumatın alınıb-alınmamasına nəzarət edir. İlkin əlaqə qurmaq üçün tərəflər üçlü salamlaşma həyata keçirir:

  • Mənsəbdəki avandanlığın şəbəkədə movcud olmasını müəyyən edir.
  • Mənsəbdəki avadanlıqda aktiv servisin olmasını və mənsəb port nömrəsi üzərindən müraciət qəbul edə bilməsini yoxlayır. Mənbəki avadanlıq sessiya zamanı mənsəbdəki bu portu istifadə edəcək.
  • Mənsəbdəki avadanlığa məlumat verir ki, mənbədəki avadanlıq həmin bu portla əlaqə qurmaq istəyir.

TCP əlaqədə mənbə tərəf mənsəb tərəf ilə sesiya qurur. Prosesi belə təsvir etmək olar:

1. Mənbə ilkin sıra dəyərinin daxil olduğu seqmenti (SEQ) yollayır. Bu seqment mənsəblə sessiya qurmaq üçün ilk müraciətdir.

SYN-send.jpg

2. Mənsəb təsdiq seqmenti (ACK) ilə cavab verir. Təsdiq seqmentinin dəyəri qəbul edilmiş sıra dəyəri (SEQ) 1 və özünün sinxronlaşdırma dəyərindən ibarətdir. ACK dəyəri mənsəbin göndərdiyi SEQ dəyərdən 1 vahid böyükdür. Çünki ACK dəyər həmişə mənbənin göndərəcəyi növbəti bayt və ya oktetin sırasını bildirir.

SYN-ACK.jpg

 

3. Mənbə tərəf təsdiq dəyəri (ACK) ilə cavab verir. Bu dəyər mənbənin qəbul etdiyi sira dəyəri (SEQ) 1 olur. Bununla da əlaqə qurulma prosesi sona yetir.

Established.jpg

 

Üçlü salamlaşma prosesində TCP başlıqda 6 1-bit dəyərli nəzarət məlumatı daşıyan sahələr var:

URG – təcili işarə sahəsi

ACK – təsdiq sahəsi

PSH – itələmə funksiyası sahəsi

RST – əlaqəni yenidən qurma sahəsi

SYN – sıra nömrələrini sinxronlaşdırma sahəsi

FIN – mənbədən məlumatın olmamasını bildirən sahə

Bu sahələr bayraq (flag) adlanır. 1-bitdən ibarət olan bu sahələrin aldığı dəyər ya 1, ya da 0 olur. Dəyər 1 olduqda seqmentdəki nəzarət məlumatı yuxarıdakı işarələrdən biri olur.

Tələb olunan data ötürüldükdən sonra TCP əlaqə sonlandırılır.

FIN.jpg

Uğurlar!

 

Amal

CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı