Subnetting test çalışması – 1-ci hissə

Subnetting test çalışması – 1-ci hissə
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

1. Prefiks uzunluğa görə aşağıdakı subnet maskaları təyin edin:

1. 172.16.1.0/18

2. 192.168.64.0/26

3. 10.0.0.0/12

4. 172.16.32.0/19

5. 192.168.100.48/28

2. 192.168.200.0/27 şəbəkəsində neçə şəbəkə (network) ünvanı və host ünvanı var? Şəbəkə ünvanları hansılardır? Hər bir şəbəkənin broadcast ünvanı hansıdır?

 

3. 10.100.0.0 şəbəkəsində müvafiq subnet maskadan istifadə etməklə minimum host ünvan itkisinə yol verməklə 30 kompütərə ip ünvan verin.

4. 255.255.255.224 subnet maskasına görə aşağıdakı hansı ünvanlar hostlara verilə bilər?

1. 15.234.118.63

2. 92.11.178.93

3. 134.178.18.56

4. 192.168.16.87

5. 201.45.116.159

6. 217.63.12.192

5. Şirkətə Class A şəbəkədən 30 şəbəkə və hər şəbəkədə 4 hosta ip ünvan vermək tələb olunur. Minimum itkiyə yol verməklə hansı subnet maska ilə buna nail olmaq olar?

6. Network A və Link A üçün hansı şəbəkə ünvanından və müvafiq subnet maskadan istifadə etmək lazımdır?

subnetting-lab.png

1. Network A – 172.16.3.64/26

2. Network A – 172.16.3.128/25

3. Network A – 172.16.3.192/26

4. Link A – 172.16.3.0/30

5. Link A – 172.16.3.0 /24

6. Link A – 172.16.64.0/18

7. Public ip ünvanları göstərin:

1. 10.172.13.65

2. 172.16.223.125

3. 172.64.12.29

4. 192.168.23.252

5. 198.238.12.95

6. 212.193.48.254

8. 172.16.3.0/26 şəbəkəsində neçə şəbəkə ünvanı və host ünvanı var? Şəbəkə ünvanları hansılardır? Hər bir şəbəkənin broadcast ünvanı hansıdır?

 

Uğurlar!

Amal
CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı