Cisco router-in ilkin konfiqurasiyası üzrə çalışma

Cisco router-in ilkin konfiqurasiyası üzrə çalışma
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Packet Tracer simulyator proqramından istifadə edərək Cisco router-in ilkin konfiqursiyası ilə bağlı çalışmanı həll edin.

Cisco-initial-config.png

1. Konsol kabelin bir başını router-in konsol (console-mavi rəngli port) portuna, digər başını isə kompüterin RS 232 portuna taxın.

2. Router-in adını Cisco olaraq dəyişdirin.

3. Privileged Exec modu üçün şifrə təyin edin və şifrəni MD5 alqoritmi ilə şifrələyin.

 

4. Router-in  fastethernet 0/0 interfeysinə 192.168.0.0/22 şəbəkəsindən sonuncu ip ünvanı verin.

5. Kompüterə 192.168.0.0/22 şəbəkəsindən birinci ip ünvanı verin.

6. Kompüterin fastethernet portunu router-in fastethernet 0/0 portu ilə birləşdirin.

7. Kompüter ilə router arasında əlaqəni test edin.

8. Konsol porta şifrə təyin edin.

9. Telnet əlaqəni aktiv edin və şifrə təyin edin.

10. Telnet əlaqəni test edin.

11. Bütün təyin olunmuş şifrələri şifrələyin.

12. Konfiqurasiyanı yadda saxlayın.

13. Konfiqurasiyanı yoxlayın.

Uğurlar!

Amal
CCNA/CCNP

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı