Cisco switch-lərdə unudulmuş şifrənin silinməsi və yeni şifrənin təyin edilməsi

Cisco switch-lərdə unudulmuş şifrənin silinməsi və yeni şifrənin təyin edilməsi
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Cisco switch-lərinə təyin edilmiş şifrə unudularsa, şifrənin silinərək yenidən təyin edilməsi mümkündür.  Bunun üçün aşağıdakı prosedurları yerinə yetirmək lazımdır.

1. Kompüteri konsol kabeli vasitəsilə switch-in konsol portuna birləşdirin.

2. Kompüterdə terminal proqramını (HyperTerminal, Putty və s.) işə salın və əlaqə dəyərlərini aşağıdakı kimi tənzimləyərək switch-ə daxil olun:

Bits per second (baud): 9600

Data bits: 8

Parity: None

Stop bits: 1

Flow Control: Xon/Xoff

3. Switch-in elektrik kabelini çıxardaraq söndürün.

 

4. Switch-i yenidən yandırın və üzərindəki mode düyməsinə basaraq – switch: prompt: –  moduna daxil olun. Bu moda daxil olma metodu switch-lərin modelindən asılı olaraq dəyişir.

Model: 2900XL,3500XL,3550 – mode düyməsinə basın və Port1x indikatoru sondükdən sonra mode düyməsini buraxın.

Model: 2940, 2950 – mode düyməsinə basın və 5 saniyədən sonra Status (STAT) indikatoru söndükdə buraxın. Bu zaman SYST  indikatoru narıncı rəngdə yanıb-sönəcək.

Model: 2960, 2970 – mode düyməsinə basın və SYST indikatoru narıncı rəngdə yanıb-sonərək sabit yaşıl rəngə çevrilən kimi buraxın. Bu zaman SYST indikatoru yaşıl rəngdə yanıb-sönəcək.

Model: 3560, 3750 –  mode düyməsinə basın və təxminən 15 saniyədən sonra SYST indikatoru sabit yaşıl rəngdə olanda buraxın. Bu zaman SYST indikatoru yaşıl rəngdə yanıb-sönəcək.

Modeldən asılı olaraq, terminal pəncərəsində müxtəlif sistem mesajları göstəriləcək. Məsələn, 2955 modelində:

C2955 Boot Loader (C2955−HBOOT−M) Version 12.1(0.0.514), CISCO DEVELOPMENT TEST VERSION

Compiled Fri 13−Dec−02 17:38 by madison

WS−C2955T−12 starting…

Base ethernet MAC Address: 00:0b:be:b6:ee:00

Xmodem file system is available.

Initializing Flash…

flashfs[0]: 19 files, 2 directories

flashfs[0]: 0 orphaned files, 0 orphaned directories

flashfs[0]: Total bytes: 7741440

flashfs[0]: Bytes used: 4510720

flashfs[0]: Bytes available: 3230720

flashfs[0]: flashfs fsck took 7 seconds.

…done initializing flash.

Boot Sector Filesystem (bs:) installed, fsid: 3

Parameter Block Filesystem (pb:) installed, fsid: 4

*** The system will autoboot in 15 seconds ***

Send break character to prevent autobooting.

The system has been interrupted prior to initializing the flash file system to finish

loading the operating system software:

flash_init

load_helper

boot

4. flash_init əmrini daxil edin:

switch: flash_init

Initializing Flash…

flashfs[0]: 143 files, 4 directories

flashfs[0]: 0 orphaned files, 0 orphaned directories

flashfs[0]: Total bytes: 3612672

flashfs[0]: Bytes used: 2729472

flashfs[0]: Bytes available: 883200

flashfs[0]: flashfs fsck took 86 seconds

….done Initializing Flash.

Boot Sector Filesystem (bs:) installed, fsid: 3

Parameter Block Filesystem (pb:) installed, fsid: 4

5. load_helper əmrini daxil edin:

switch: load_helper

Qeyd: Bu əmr switch-in modelindən asılı olaraq, bəzi modellərdə işləyir, digərlərində isə belə bir əmr mövcud deyil.

6. dir flash: əmrini daxil edərək flash-da hansı faylların yerləşdiyinə baxın:

switch: dir flash:

Directory of flash:/

2 −rwx 1803357 <date> c3500xl−c3h2s−mz.120−5.WC7.bin (Cisco switch-in əməliyyat sistemi (IOS) )

4 −rwx 1131 <date> config.text (Konfiqurasiya faylı)

5 −rwx 109 <date> info

6 −rwx 389 <date> env_vars

7 drwx 640 <date> html

18 −rwx 109 <date> info.ver

403968 bytes available (3208704 bytes used)

Qeyd: Modeldən asılı olaraq nəticə fərqli ola bilər.

7. rename flash:config.text flash:config.old əmrini daxil edərək, konfiqurasiya faylının adını dəyişin.  Switch-in şifrəsi config.text faylında yerləşir.

switch: rename flash:config.text flash:config.old

8. boot əmrini daxil edərək switch-i yenidən işə salın.

switch: boot

Loading “flash:c3500xl−c3h2s−mz.120−5.WC7.bin”…###############################

################################################################################

######################################################################

File “flash:c3500xl−c3h2s−mz.120−5.WC7.bin” uncompressed and installed, entry po

int: 0×3000

executing…

9. İlkin konfiqurasiyadan imtina etmək üçün klaviaturada  n düyməsinə,  sonra isə Enter düyməsinə basın:

−−− System Configuration Dialog −−−

At any point you may enter a question mark “?” for help.

Use ctrl−c to abort configuration dialog at any prompt.

Default settings are in square brackets “[]“.

Continue with configuration dialog? [yes/no]: n

10. enable əmrini yazaraq, enable moda daxil olun:

Switch>enable

Switch#

11. rename flash:config.old flash:config.text əmrini daxil edərək, konfiqurasiya faylının adını dəyişdirin:

Switch#rename flash:config.old flash:config.text

Destination filename [config.text]

Enter düyməsinı basın.

12. Konfiqurasiya faylını yaddaşa yazın.

Switch#copy flash:config.text system:running−config

Destination filename [running−config]?!

Enter düyməsinı basın.

1131 bytes copied in 0.760 secs

13. Yeni şifrələri təyin edin:

Sw1# configure terminal

Sw1(config)#enable secret [email protected]!$

Sw1(config)#line vty 0 15

Sw1(config−line)#password [email protected]$w0rD

Sw1(config−line)#login

Sw1(config−line)#exit

Sw1(config−line)#line con 0

Sw1(config−line)#password C0n$ol4r

14. Konfiqurasiyanı yadda saxlayın:

Sw1#write memory

Building configuration…[OK]

Bu prosedurlardan sonra switch-də əvvəlki şifrələr silinəcək.

 

Uğurlar!

Amal
CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı