Cisco router-lərdə unudulmuş şifrənin silinməsi və yeni şifrənin təyin edilməsi

Cisco router-lərdə unudulmuş şifrənin silinməsi və yeni şifrənin təyin edilməsi
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Cisco router-lərinə təyin edilmiş şifrə unudularsa, şifrənin silinərək yenidən təyin edilməsi mümkündür.  Bunun üçün aşağıdakı prosedurları yerinə yetirmək lazımdır.

1. Kompüteri konsol kabeli vasitəsilə router-in konsol portuna birləşdirin.

2. Kompüterdə terminal proqramını (HyperTerminal, Putty və s.) işə salın və əlaqə dəyərlərini aşağıdakı kimi tənzimləyərək router-ə daxil olun:

Bits per second (baud): 9600

Data bits: 8

Parity: None

Stop bits: 1

Flow Control:None

3. Router-in arxasında yerləşən yandırıb-söndürmə düyməsinə basaraq söndürün.

4. Router-i yenidən yandırın və Ctrl Break kombinasiyasına basaraq diaqnostik məqsədlər üçün hazırlanmış ROMMON moduna daxil olun.

5. ROMMON modunda konfiqursiya reyesterinin dəyərini dəyişdirin:

rommon 1 > confreg 0×2142

Qeyd: 0×2142 dəyəri mövcüd konfiqurasiyanı (unudulan şifrələrin olduğu konfiqurasiya) yükləməmək mənasını ifadə edir.

6. Router-i yenidən işə salın:

rommon 2> reset 

7. Router ilkin konfiqurasiya modunda işə düşəcək. Bu isə o deməkdir ki, əvvəlki konfiqurasiya yüklənməmişdir. n düyməsinə, sonra isə Enter düyməsinə basın:

— System Configuration Dialog —
Continue with configuration dialog? [yes/no]: n

8. Yeni şifrələri təyin edin:

R1# configure terminal

R1(config)#enable secret [email protected]!$

R1(config)#line vty 0 15

R1(config−line)#password [email protected]$w0rD

R1(config−line)#login

R1(config−line)#exit

R1(config−line)#line con 0

R1(config−line)#password C0n$ol4r

9. Konfiqursiya reyesterinin dəyərini dəyişdirin. Bu dəyər yeni konfiqurasiyanı (yuxarıda təyin etdiyimiz yeni şifrələrin olduğu konfiqurasiya) yükləmək mənasını ifadə edir.

R1(config)#config-register 0×2102

10. Konfiqurasiyanı yadda saxlayın:

R1#write memory

Building configuration…[OK]

11. Router-i yenidən işə salın:

R1#reload

Bu prosedurlardan sonra router-də əvvəlki şifrələr silinəcək.

 

Uğurlar!

Amal
CCNA/CCNP

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı