Cisco Discovery Protocol – CDP

Cisco Discovery Protocol – CDP
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Cisco Discovery Protocol (CDP) yalnız Cisco şirkətinin istehsalı olan avadanlıqlar arasında fəaliyyət göstərən və qonşu avadanlıqlar haqqında məlumat verən protokoldur. CDP OSI modelinin ikinci pilləsində, yəni Layer 2-də (Data Link) fəaliyyət göstərir. Buna görə də, CDP protokolunun fəaliyyəti üçün avadanlıqlar arasında ip bağlantısının olması vacib deyil. Avadanlıqların fiziki olaraq birləşdirilməsi, avadanlıqların bir-birinə bağlı olan interfeyslərin işlək vəziyyətə gətirilməsi (no shutdown əmri), serial interfeyslərdə isə əlavə olaraq siqnalı sinxronlaşdıran və zamanlayan tərəfin təyin edilməsi (clock rate 56000 – 56000 dəyəri fərqli ola bilər) CDP protokolunun fəaliyyət göstərməsi üçün kifayətdir. Qeyd edək ki, CDP protokolu ilkin konfiqurasiyaya uyğun olaraq Cisco avadanlıqlarında aktivdir.

CDP_1.png

Topologiyaya diqqət etsək görərik ki, Router0 adlı router-ə üç avadanlıq qoşulub. Router0-da CDP protokolunun fəaliyyətini show cdp neighbors əmrinin köməyilə yoxlayaq.

CDP_3.png

Göründüyü kimi CDP protokolu Router0 adlı router-də fəaliyət göstərir və qonşu avadanlıqlar haqqında müəyyən məlumat verir. Diqqət etsək görərik ki, topologiyada Router0 adlı router-ə iki yox, üç avadanlıq qoşulub. show cdp neighbors əmri isə iki avadanlığı göstərir. Yuxarıda qeyd etdiyimiz kimi, CDP protokolu yalnız Cisco istehsalı olan avadanlıqlar arasında fəaliyyət göstərir. Kompüter Cisco istehsalı olan avadanlıq olmadığı üçün show cdp neighbors əmrinin nəticəsində görsənmir. Təhlükəsizlik və şəbəkədə əlavə yüklənmənin (CDP mesajları hər 60 saniyədən bir yollanılır) qarşısını almaq baxımından Cisco avadanlıqlarının Cisco istehsalı olmayan avadanlıqlara qoşulan interfeyslərində CDP prokolunun fəaliyyətini dayandırmaq olar. Bunun üçün həmin interfeysə daxil olub, no cdp enable əmrini daxil edirik.

Router0#configure terminal
Router0(config)#interface fastEthernet 0/0
Router0(config-if)#no cdp enable

CDP protokolunun fəaliyyətini bütünlükdə qlobal olaraq dayandırmaq lazım olarsa, no cdp run əmrini vermək lazımdır.

Router0(config)#no cdp run

show cdp neighbors əmrini yenidən daxil etsəniz, CDP protokolunun aktiv olmaması ilə bağlı xəbərdalıq alacaqsınız.

Router0#show cdp neighbors

% CDP is not enabled

show cdp neighbors əmrinin nəticəsini analiz edək.

cdp6

Device identifiers - qonşu avadanlığın adını göstərir.
Local Interface – qonşu avadanlığa qoşulmuş lokal interfeysi göstərir.
CDP holdtime – CDP protokolu hər 60 saniyədən bir qonşuya CDP mesaj yollayaraq, qonşunun diri və ölü olduğunu yoxlayır. Holdtime dəyəri isə 180 saniyədir, yəni  birinci 60 saniyədən sonra qonşudan üç dəfə CDP mesajı alınmazsa, qonşu ölü hesab edilir.
Capabilities list – qonşu avandanlığın tipini göstərir. R-dirsə router-dir, S-dirsə switch-dir.
Platform – qonşu avadanlığın modelini göstərir.
Port identifier – qonşu avadanlığın lokal avadanlığa qoşulmuş interfeysi göstərir.

 

İp ünvanların konfiqurasiya olunduğu topologiyada qonşu avadanlığın portunun ip ünvanını da CDP protokolu vasitəsilə müəyyən etmək olar.

 

Router0#show cdp neighbors detail

Uğurlar!

Amal
CCNA/CCNP

 

 

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı