EtherChannel üzrə bölüşdürmə (load balancing) texnologiyasının konfiqurasiyası

EtherChannel üzrə bölüşdürmə (load balancing) texnologiyasının konfiqurasiyası
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

EtherChannel texnologiyasında freymlərin EtherChannel məntiqi xəttinə daxil olan fiziki xəttlər üzrə bölüşdürülməsi həm MAC, həm də ip ünvanlar üzərində aparılan heş əməliyyatının əldə etdiyi dəyər əsasında baş verir. Heş əməliyyatı ilə bağlı aşağıdakı cədvələ nəzər salaq.

EtherChannel-load-balancing.png

EtherChannel texnologiyasından istifadə edən sviçlərdə freym bölüşdürülməsi prosesini aktivləşdirmək üçün aşağıdakı əmri daxil edin:

Switch(config)# port-channel load-balance method

Qeyd edək ki, bu əmr qlobal konfiqurasiya modunda daxil edilir. Deməli, EtherChannel texnologiyasında freym bölüşdürmə prosesi port əsasında deyil, qlobal səviyyədə baş verir. İlkin olaraq, mənbə və mənsəb ip ünvanlar üzərində XOR əməliyyatından, yəni src-dst-ip metodundan istifadə edilir. Catalyst 2970 və 3560 sviçlərdə ilkin olaraq, Layer2 sviçinq səviyyədə freym bölüşdürmə metodu kimi src-mac metodundan istifadə edilir. Layer 3 sviçinq səviyyədə isə həmişə src-dst-ip metodu istifadə edilir. Bu cür metodlar bölüşdürmə prosesini statik edir. Məsələn: əgər EtherChannel üzrə bir server freym alırsa, server-in ip ünvanı dəyişməz olduğundan freym bölüşdürmə dst-ip metodu üzrə olarsa, bu zaman bir fiziki xətt üzrə daha çox trafik ötürülmüş olacaq. Bölüşdürmə metodu ya MAC ünvanlar, və ya da mənbə ip ünvanlar üzrə tətbiq edilərsə, freym bölüşdürmə prosesini daha effektiv etmək olar.

EtherChannel üzrə ötürülən trafik ip protokolundan fərqli protokollara da aid ola bilər. Məsələn, ötürülən trafik İPX və ya SNA protokollarına aid freymlər ola bilər. Qeyri-ip protokollarının freymləri MAC ünvanlar üzrə bölüşdürülməlidir. Çünki bu protokollarda ip ünvanlar olmur.

Qeyd: Fiziki portlar EtherChannel texnologiyasına əsasən birləşdiriləndə, qəbul edilmiş broadcast və multicast freymlər EtherChannel texnologiyası altında birləşən bir portdan qəbul edilib, digər porta ötürülmür. Bu isə şəbəkədə yarana biləcək sonsuz dövrələrin (loop) qarşısını alır.

Router EtherChannel-ə qoşularsa, fərqli hal yaranır. Router fərqli ip ünvanlardan paketlər qəbul edib ötürməyinə baxmayaraq, həmişə Ethernet freymlərə özünün MAC ünvanını daxil edir. İstifadəçi avadanlıqları routerə freym yollayanda, freymin mənsəb MAC ünvanı sahəsinə routerin MAC ünvanını daxil edir. Bu o deməkdir ki, routerə yollanılan bütün freymlərin mənsəb MAC ünvanı eyni olacaq. Normal halda bu heç bir problem yaratmır. Çünki dəyişkən olaraq mənsəb MAC ünvanları mövcuddur. src-dst-mac bölüşdürmə metodundan istifadə edərək, freymlərin EtherChannel məntiqi xəttinə daxil olan fiziki xəttlər üzrə bölüşdürülməsini effektiv həyata keçirmək olar. Amma mübadilə iki router arasında olarsa, mənbə və mənsəb MAC ünvanlar sabit qalır. Buna görə də, router hər freym ötürmə zamanı EtherChannel məntiqi xəttinə daxil olan fiziki xəttlərdən yalnız birindən istifadə ediləcək. Bu isə freym bölüşdürmə prosesinin effektivlyini azaldır və həmin bir xəttin əlavə yüklənməsinə gətirib çıxardır. Əgər MAC ünvanlar sabit qalırsa, onda mənbə və mənsəb ip ünvanlardan istifadə etmək lazımdır. Əgər ip ünvanlar da sabitdirsə, (məsələn, iki server arasında baş verən mübadilə prosesi) onda port nömrələrindən istifadə edilərək, heş alqoritmi işə salınır. Bu zaman əldə edilmiş dəyərlər fərqli olduğu üçün freymlər EtherChannel məntiqi xəttinə daxil olan fərqli fiziki xəttlər vasitəsilə ötürüləcək.

Uğurlar!

Amal
CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı