EtherChannel danışıq protokolları

EtherChannel danışıq protokolları
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

EtherChannel xəttinin dinamik qurulması üçün iki sviç arasında EtherChannel danışıq protokollarından istifadə edilir. Port Aggregation Protocol (PAgP) Cisco standartlı, LinkAggregation Control Protocol (LACP) IEEE standartlı EtherChannel danışıq protokoludur.

EtherChannel-Negotiation-protocol.png

Port Aggregation Protocol (PAgP)

Sviçlər arasında EtherChannel xəttinin avtomatik qurulması üçün Cisco şirkəti Port Aggregation protokolunu tətbiq edir. Port Aggregation protokolunun paketləri EtherChannel üçün konfiqurasiya edilmiş portlar arasında ötürülərək, EtherChannel xəttinin avtomatik qurulmasını təmin edir. Bu paketlər sayəsində qonşu sviç, qonşu sviçin portlarının konfiqurasiyası öyrənilir və lokal sviç ilə müqayisə edilir. Eyni qonşu sviç İD-sinə və eyni port konfiqursiyasına malik olan portlar ikitərəfli EtherChannel xəttinin qurulmasında iştirak edirlər. Port Aggregation protokolu yalnız statik VLAN və ya trunk üçün konfiqurasiya edilmiş portlar vasitəsilə EtherChannel xəttini formalaşdırır. Bununla yanaşı, bu protokol EtherChannel xəttinin formalaşmasında iştirak edən portlarda dəyişiklik olarsa, bu dəyişikliyi avtomatik olaraq, EtherChannel xəttində də tətbiq edir. Məsələn, əgər bir portun VLAN, sürət və dupleks kimi xüsusiyyətləri dəyişərsə, Port Aggregation protokolu avtomatik olaraq, bu dəyişikliyi EtherChannel xəttində iştirak edən bütün portlar üçün də dəyişir. Port Aggregation protokolu aktiv modda (desirable) qonşu sviçə paket yollayaraq, EtherChannel xəttinin formalaşmasında onun da iştirakını istəyir. Passive modda (auto) sviç EtherChannel xəttinin formalaşması üçün qonşu sviçdən paket gözləyir. İlkin olaraq sviçdə bu mod aktiv olur.

Link Aggregation Control Protocol (LACP)

LACP protokolu IEEE 802.3ad standartı olub, EtherChannel üçün konfiqurasiya edilmiş portlar arasında ötürülərək, EtherChannel xəttinin avtomatik qurulmasını təmin edir. PAgP protokolunda olduğu kimi, LACP protokolu da ötürülən paketlər sayəsində qonşu sviçin, qonşu portların konfiqurasiyasını öyrənir və lokal sviç ilə müqayisə edir. Bununla belə, LACP EtherChannel xəttinin qurulmasında iştirak edən sviçlərə müəyyən rollar təyin edir.  Aşağı sistem prioritetli (2 bayt prioritet dəyəri 6 bayt MAC ünvan) sviç müəyyən zaman aralığında hansı portların EtherChannel xəttində aktiv olmasını təyin edir. Portlar port prioritet dəyərlərinə (2 bayt prioritet dəyəri 2 bayt port nömrə) görə seçilir. Aşağı dəyər yüksək prioriteti ifadə edir. LACP EtherChannel üçün mümkün 16 xəttdən 8 aşağı port prioritet dəyərinə malik olan portdan istifadə edir. Digər portlar gözləmə (standby) rejimində qalır. Əgər cari portlardan birində problem yaranarsa, bu gözləmə rejimində olan portlar dövriyyəyə girir. LACP protokolu da aktiv modda (active) qonşu sviçə paket yollayaraq, EtherChannel xəttinin formalaşmasında onun da iştirakını istəyir. Passive modda (passive) sviç EtherChannel xəttinin formalaşması üçün qonşu sviçdən paket gözləyir.

Uğurlar!

Amal
CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı