EtherChannel məntiqi xəttinin konfiqurasiya edilməsi

EtherChannel məntiqi xəttinin konfiqurasiya edilməsi
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Cisco sviçlərarası sürəti artırmaq üçün EtherChannel texnologiyasını kəşf etmişdir. EtherChannel texnologıyası sviçlərarası iki, dörd, altı və səkkiz fiziki Fast Ethernet (FE), Gigabit Ethernet (GE), və ya 10-Gigabit Ethernet (10GE) əlaqənin müvafiq olaraq, Fast EtherChannel (FEC), Gigabit EtherChannel (GEC), və ya 10-Gigabit Etherchannel (10GEC) məntiqi xəttdə birləşdirərək, sürətin artırılmasına imkan yaradır. Beləliklə, EtherChannel texnologiyası tam dupleks (full-duplex) rejimində maksimum 1600 Mbps (səkkiz Fast Ethernet əlaqəsi), 16 Gbps (səkkiz Gigabit Ethernet əlaqəsi), və ya 160 Gbps (səkkiz 10-Gigabit Ethernet əlaqə) sürət verir. EtherChannel məntiqi portu altında birləşdirilən fiziki portlar eyni VLAN-a daxil olmalıdır. Əgər EtherChannel məntiqi portu trunk rejimində işləyəcəksə, onda fiziki portlar da trunk rejimində olmalı, eyni native VLAN xüsusiyyətinə malik olmalı və eyni VLAN-ları ötürməlidir. Hər bir fiziki port eyni sürət və dupleks rejimində fəaliyyət göstərməlidir. Bununla yanaşı, fiziki portlar eyni STP konfiqurasiyasına da malik olmalıdır. Bu texnologiya şəbəkə strukturunun əsas şərtlərindən biri olan genişlənmənin (scalability) düzgün və faydalı tətbiqinə imkan verir. Cüzi maddi vəsait sərf etməklə, sviçlərarası sürəti dəfələrlə artırmaq mümkündür.

EtherChannel xəttinin dinamik qurulması üçün iki sviç arasında EtherChannel danışıq protokollarından istifadə edilir. Port Aggregation Protocol (PAgP) Cisco standartlı, LinkAggregation Control Protocol (LACP) IEEE standartlı EtherChannel danışıq protokoludur. İki Catalyst 2960G model Cisco sviçdən istifadə edərək, PAgP və LACP protokolu vasitəsilə EtherChannel məntiqi xəttin konfiqurasiya edək.

Qeyd: İki sviçi kabellər vasitəsilə birləşdirməzdən əvvəl, portları EtherChannel məntiqi xətti üçün konfiqurasiya etmək lazımdır. EtherChannel məntiqi xəttinə daxil olacaq portlar eyni sürətə, eyni dupleks rejiminə malik olub, eyni VLAN-a daxil olmalıdır.

EtherChannel məntiqi xəttinin PAgP danışıq protokolu vasitəsilə konfiqursiya edilməsi

Birinci sviçə daxil olub, 4 ədəd Gigabit Ethernet portunu EthernetChannel məntiqi xətti üçün konfiqurasiya edək.

 

1. Privileged Exec moda daxil olun:

2960_1>enable

2960_1#

2. Konfiqurasiya moduna daxil olun:

2960_1#configure terminal

2960_1(config)#

3. EtherChannel məntiqi xəttinin formalaşmasında rol oynayacaq 4 ədəd Gigabit Ethernet portu seçin:

2960_1(config)#interface range gigabitEthernet 0/13 – 16

4. EtherChannel məntiqi xəttinin avtomatik formalaşması üçün PAgP danışıq protokolunu seçin:

2960_1(config-if-range)#channel-protocol pagp

5. EtherChannel məntiqi xəttinin avtomatik formalaşmasında iştirak edən fiziki portları 1 nömrəli qrupda cəmləyərək, PAgP danışıq protokolunun modunu seçin:

2960_1(config-if-range)#channel-group 1 mode desirable

Creating a port-channel interface Port-channel 1

6. EtherChannel məntiqi xəttinin (port-channel) yarandığını show ip interface briefəmrinin köməyilə yoxlayın:

Port-Channel1.png

 

Konfiqurasiya düzgün həyata keçirilmişsə, sonda Port-channel1 adlı məntiqi EtherChannel xətti yaranmalıdır.

Eyni konfiqurasiyanı ikinci sviçə də tətbiq etmək lazımdır.

2960_2>enable

2960_2#

2960_2#configure terminal

2960_2(config)

2960_2(config)#interface range gigabitEthernet 0/13 – 16

2960_2(config-if-range)#channel-protocol pagp

2960_2(config-if-range)#channel-group 1 mode auto

Creating a port-channel interface Port-channel 1

Konfiqurasiya düzgün həyata keçirilmişsə, sonda Port-channel1 adlı məntiqi EtherChannel xətti yaranmalıdır. Bununla da, iki sviç arasında tam dupleks rejimində 8Gbps sürət yaranmış oldu.

Qeyd: Birinci sviçdə PAgP mod olaraq desirable, ikinci sviçdə isə auto seçilmişdir. Birinci sviç PAgP paketləri yollayaraq, ikinci sviçin EtherChannel məntiqi xəttinin qurulmasında iştirak etməyə cağırır.

EtherChannel məntiqi xəttinin LACP danışıq protokolu vasitəsilə konfiqursiya edilməsi

LACP protokolu vasitəsilə EtherChannel məntiqi xəttinin quraşdırılması üçün sviçlərə LACP sistem prioritet dəyəri təyin etmək lazımdır. İlkin olaraq, sistem prioritet dəyəri 32768-dir. Sviçlərdən birinə aşağı sistem prioritet dəyəri təyin etməklə, bu sviçin EtherChannel məntiqi xəttinin formalaşmasında əsas rol oynamasını təmin etmək olar. Əgər sistem prioritet dəyəri hər iki sviçdə eynidirsə, o zaman aşağı MAC ünvan dəyərinə malik olan sviç EtherChannel məntiqi xəttinin formalaşmasında əsas rol oynayır.

1. Privileged Exec moda daxil olun:

2960_1>enable

2960_1#

2. Konfiqurasiya moduna daxil olun:

2960_1#configure terminal

2960_1(config)#

3. LACP sistem prioriteti təyin edin:

2960_1(config)#lacp system-priority 250

4. EtherChannel məntiqi xəttinin formalaşmasında rol oynayacaq 4 ədəd Gigabit Ethernet portu seçin:

2960_1(config)#interface range gigabitEthernet 0/13 – 16

5. EtherChannel məntiqi xəttinin avtomatik formalaşması üçün LACP danışıq protokolunu seçin:

2960_1(config-if-range)#channel-protocol lacp

6. EtherChannel məntiqi xəttinin avtomatik formalaşmasında iştirak edən fiziki portları 1 nömrəli qrupda cəmləyərək, LACP danışıq protokolunun modunu seçin:

2960_1(config-if-range)#channel-group 1 mode active

Creating

a port-channel interface Port-channel 1

Eyni konfiqurasiyanı ikinci sviçə də tətbiq etmək lazımdır.

2960_2>enable

2960_2#

2960_2#configure terminal

2960_2(config)

2960_2(config)#interface range gigabitEthernet 0/13 – 16

2960_2(config-if-range)#channel-protocol lacp

2960_2(config-if-range)#channel-group 1 mode passive

Creating a port-channel interface Port-channel 1

Konfiqurasiya düzgün həyata keçirilmişsə, sonda Port-channel1 adlı məntiqi EtherChannel xətti yaranmalıdır. Bununla da, iki sviç arasında tam dupleks rejimində 8Gbps sürət yaranmış oldu.

Etherchannel (port-channel) məntiqi xətti qurulduqdan sonra, bu xəttdən sviçlərarası trunk əlaqəsinin qurulması üçün istifadə etmək olar. Etherchannel məntiqi xəttinə tətbiq ediləcək konfiqurasiya, əvvəlcə bu xəttin formalaşmasında iştirak edən fiziki portlara tətbiq edilməlidir.

2960_1(config)#interface range gigabitEthernet 0/13 – 16

2960_1(config-if-range)#switchport mode trunk

2960_1(config)#interface port-channel 1

2960_1(config-if)#switchport mode trunk

Eyni konfiqurasiyanı ikinci sviçə də tətbiq etmək lazımdır.

2960_21(config)#interface range gigabitEthernet 0/13 – 16

2960_2(config-if-range)#switchport mode trunk

2960_2(config)#interface port-channel 1

2960_2(config-if)#switchport mode trunk

Sviçlərarası trunk əlaqəsinin yarandığını show interfaces trunk əmrinin köməyilə yoxlayaq

port-channel-trunk.png

Uğurlar!

Amal
CCNA/CCNP

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı