EtherChannel məntiqi xəttinin yoxlanılması

EtherChannel məntiqi xəttinin yoxlanılması
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

EtherChannel məntiqi xəttinin formalaşdığını yoxlamaq üçün aşağıdakı əmrlərdən istifadə etmək olar.

show etherchannel summary EtherChannel məntiqi xəttini formalaşdıran hər bir portun cari vəziyyəti haqqında məlumat verir.

show-etherchannel-summary.png

Port-Channel sütununda Po1(SU) EtherChannel məntiqi xəttinin formalaşdığını göstərir. Protocol sütunundan EtherChannel məntiqi xəttini formalaşdıran protokolun PAgP olduğu məlum olur. Ports sütunundan isə hansı portların EtherChannel məntiqi xəttinin formalaşmasında iştirak etdiyi göstərilir. Portun nömrəsinin yanındakı (P) hərfi bu portun EtherChannel məntiqi xəttinin formalaşmasında iştirak etdiyini bildirir.

show etherchannel port – EtherChannel məntiqi xəttini formalaşdıran hər bir portun cari vəziyyəti haqqında məlumat verir.

show-etherchannel-port.png

 

 

show etherchannel port-channel – EtherChannel məntiqi xəttindəki dəyişiklilərin vaxtını göstərir.

show-etherchannel-port-channel.png

 

show etherchannel detail – EtherChannel məntiqi xətti haqqında ətraflı məlumat verir.

show etherchannel load-balance Bölüşdürmə texnologiyasının istifadə etdiyi heş alqoritmini göstərir.

show-etherchannel-load-balance.png

show {pagp | lacp} neighbor Hər bir port üzrə EtherChannel qonşuları göstərir.

show-pagp-neighbor.png

 

show lacp sys-id - LACP protokolunun sistem ID-sini göstərir.

 

Uğurlar!

Amal
CCNA/CCNP

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı