Cisco avadanlıqlarında loqlar və Kiwi Syslog proqramı

Cisco avadanlıqlarında loqlar və Kiwi Syslog proqramı
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Şəbəkə avadanlıqlarında loq sisteminin aktivləşdirilməsi vacibdir. Loq sistemi şəbəkə inzibatçısına şəbəkə avadanlıqlarında hansı proseslərin baş verdiyinə nəzarət etməyə imkan verir. Bu məqalədə loqların toplanması üçün Kiwi Syslog proqramından istifadə edəcəyik. Proqram pulludur, amma test üçün pulsuz yükləmə imkanı var. Bu versiya məhdud funksionallı olsa da, şəbəkə inzibatçısının hər zaman işinə yarayır. Kiwi Syslog proqramını bu linkdən yükləyə bilərsiniz. Proqramı yüklədikdən sonra kompüterə quraq.

1. Təqdim olunan müqaviləni oxuyun və I Agree düyməsinə basaraq, qəbul edin:

kiwisyslog_1

2. Proqramı servis kimi quraşdırırıq. Bu zaman əməliyyat sistemi hər dəfə işə düşəndə, Kiwi Syslog servisi də işə düşəcək. Next düyməsinə basın:

kiwisyslog_2

 

3. Proqramı lokal sistem hesabı ilə quraşdırırıq ki, əməliyyat sistemi işə düşdükdə Kiwi Syslog servisi də işə düşsün. Next düyməsinə basın:

kiwisyslog_3

4. Məqalədə proqramın topladığı loqlara veb üzərindən nəzarət etmək tələb olunmadığı üçün bu funksionallığı yükləməyin. Next düyməsinə basın:

kiwisyslog_4

 

5. Proqramı normal rejimdə yükləyin. Next düyməsinə basın:

kiwisyslog_5

6. Proqramın qurulacağı qovluğu seçin. Next düyməsinə basın:

kiwisyslog_6

7. Install düyməsinə basaraq, proqramı qurmağa başlayın:

kiwisyslog_77

8. Finish düyməsinə basaraq, Kiwi Syslog proqramını işə salın:

 

kiwisyslog_8

9. Proqram heç bir dəyişiklik etmədən loqları qəbul edir. Əlavə sazlamalar üçün File>>Setup bölməsinə daxil olun:

kiwisyslog_9

 

Router-də loqları Kiwi Syslog proqramına yollamaq üçün müəyyən sazlamalar etmək lazımdır.

1. Privileged Exec moda daxil olun:

R1>

R1>enable

R1#

2. Konfiqurasiya moduna daxil olun:

R1#configure terminal

Enter configuration commands, one per line. End with CNTL/Z.

R1(config)#

3. Loq funksionallığını aktivləşdirin:

R1(config)#logging on

4. Loqların Kiwi Syslog proqramına yollanılması üçün proqramın qurulduğu kompüterin ip ünvanını daxil edin:

R1(config)#logging host 172.16.100.200

5. Loqlar vasitəsilə hansı növ məlumatların göndəriləcəyini təyin edin. Bizim halda debugging növü seçilir.

Qeyd: Hər bir loq növünün xüsusi həyəcan dərəcəsi (severity) var. Yüksək həyəcan dərəcəsinə malik loq özündən aşağı həyəcan dərəcəsini malik loq növünü də Kiwi Syslog proqramına yollayacaq. Debugging loq növü ən yüksək, yəni 7-ci həyəcan dərəcəsinə malikdir. Debugging loq növü seçilərsə 0-cı həyəcan dərəcəsindən 7-ci həyəcan dərəcəsinə kimi bütün loqlar Kiwi Syslog proqramına yollanılacaq.

R1(config)#logging trap ?

logging-trap

 

R1(config)#logging trap debugging

Sazlamaları test edin. Router-də hər hansı bir interfeysi aktivləşdirin və Kiwi Syslog proqramına gələn loqa fikir verin:

R1(config)#interface fastEthernet 0/0

R1(config-if)#no shutdown

*Mar 1 01:18:14.687: %LINK-3-UPDOWN: Interface FastEthernet0/0, changed state to up

*Mar 1 01:18:15.687: %LINEPROTO-5-UPDOWN: Line protocol on Interface FastEthernet0/0, changed state to up

kiwisyslog_10

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı