Cisco router-larında Rotary əmri

Cisco router-larında Rotary əmri
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Cisco router-larında Rotary əmri ilə telnet bağlantısının portu olan 23-cü TCP portunu dəyişdirmək olar. Bu yolla router-a telnet bağlantısının təhlükəsizliyini daha da artırmış oluruq.

1. Cisco router-da Telnet bağlantısını quraşdırın:

2. Telnet bağlantısının konfiqurasiya olunduğu router-da yalnız 23-cü TCP portunu blok edəcək access-list yazın:

R1(config)#access-list 101 deny tcp any any eq 23

R1(config)#access-list 101 permit tcp any any

R1(config)#access-list 101 deny ip any any

3.  Access-list-i telnet bağlantısının konfiqurasiya olunduğu router-də telnet xəttinə tətbiq edin:

R1(config)#line vty 0 4

R1(config-line)#access-class 101 in

4. Telnet bağlantısının konfiqurasiya olunduğu router-də telnet xəttinə rotary əmrini tətbiq edin:

R1(config)#line vty 0 4

R1(config)#rotary 1

Qeyd: rotary əmrini tətbiq etdikdə, telnet port nömrəsi 30xx ilə başlayacaq. Əgər rotary 1 əmri verilibsə, onda telnet port nömrəsi 3001, rotary 10 əmri verilibsə, telnet port nömrəsi 3010 olacaq

Konfiqurasiyanı yoxlayaq.

Telnet bağlantısının konfiqurasiya olunduğu router-la 23-cü TCP portu ilə telnet əlaqəsi qurmaq cəhdimiz baş tutmayacaq.

telnet_23

Telnet bağlantısının konfiqurasiya olunduğu router-la 3001-ci TCP portu ilə telnet əlaqəsi qurmaq cəhdimiz baş tutacaq.

telnet_3001

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security

 

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı