IP SLA texnologiyası və Default Route

IP SLA texnologiyası və Default Route
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Biznes prosesinin davamlılığını (business continuity) təmin etmək üçün tətbiq olunan texnologiyalardan biri də iki internet provayderdən internet xidmətinin alınmasıdır. Bu zaman bir internet provayderdə problem olarsa, avtomatik olaraq digər internet provayderə bağlanmaq mümkündür. Beləliklə, internet xidmətindən asılı olan biznes proseslərində kəsintilər olmur.

ip_sla_and_default_route_pic

Təsəvvür edək ki, ISP1-dən 10 mbps internet sürəti, ISP2-dən isə 2 mbps internet sürəti alırıq. Əsas internet provayderimiz ISP1 adlı provayderdir. ISP1 adlı provayderdə problem olanda, avtomatik olaraq ISP2 vasitəsilə internetlə əlaqəmizin bərpa olunması prosesinin konfiqurasiya edək. İlkin olaraq, bir internet provayderdən digərinə avtomatik keçidi təmin etmək üçün IP SLA texnologiyasını konfiqurasiya etmək lazımdır.

1. ip sla prosesinə nömrə təyin edin:

R1(config)#ip sla monitor 100

2. ISP1 adlı provayder ilə əlaqəyə nəzarət sistemini təşkil etmək üçün ping texnologiyasından istifadə edin:

R1(config-sla-monitor)#type echo protocol ipIcmpEcho 200.200.200.1

3. R1 tərəfindən göndərilən müraciətlərə ISP1 adlı provayderin neçə millisaniyə ərzində cavab verəcəyini təyin edin:

R1(config-sla-monitor-echo)#timeout 500

Bizim halda ISP1 adlı provayder 500 millisaniyə ərzində R1 tərəfindən göndərilən müraciətlərə cavab verməlidir.

4. ISP1 adlı provayderin hər neçə saniyədən bir ping edilməsini təyin edin:

R1(config-sla-monitor-echo)#frequency 3

Bizim halda 3 saniyədən bir ISP1 adlı provayder ping ediləcək.

5. ip sla prosesinin işə salınma vaxtını təyin edin:

R1(config)#ip sla monitor schedule 100 life forever start-time now

100 nömrəli ip sla prosesi dərhal işə düşəcək.

6. Prosesə nəzarət sistemini aktivləşdirin:

R1(config)#track 5 rtr 100 reachability

100 nömrəsi ip sla prosesinin nömrəsidir.

7. İnternetlə əlaqəni təmin etmək üçün default route konfiqurasiya edin:

R1(config)#ip route 0.0.0.0 0.0.0.0 200.200.200.201 track 5

R1(config)#ip route 0.0.0.0 0.0.0.0 192.168.10.1 2

Birinci əmrdə ISP1 adlı internet provayderdən istifadə edərək, internetə çıxışı təmin edirik. Bu əlaqəyə nəzarət sistemini tətbiq etmək üçün default route əmrinin sonuna track əmrini və onun nömrəsini (bizim halda 5) əlavə edirik. İkinci əmrdəki sonuncu 2 rəqəmi routun AD dəyərini bildirir. Statik routun AD dəyəri 1 olduğu üçün ISP1 adlı provayderlə bağlantıya üstünlük veriləcək. ISP1 adlı provayderdə problem olarsa, o zaman ISP2 adlı provayderə yazılan statik rout işə düşəcək.

Konfiqurasiyani yoxlayaq:

1. ISP1 adlı internet provayderdə problem yoxdur.

R1#show ip route

Codes: C – connected, S – static, R – RIP, M – mobile, B – BGP   D – EIGRP, EX – EIGRP external, O-– OSPF, IA – OSPF inter area       N1 – OSPF NSSA external type 1, N2 – OSPF NSSA external type 2       E1 – OSPF external type 1, E2 – OSPF external type 2       i – IS-IS, su – IS-IS summary, L1 – IS-IS level-1, L2 – IS-IS level-2       ia – IS-IS inter area, * – candidate default, U – per-user static route       o – ODR, P – periodic downloaded static route

Gateway of last resort is 200.200.200.1 to network 0.0.0.0
C    200.200.200.0/24 is directly connected, FastEthernet0/0

C    192.168.10.0/24 is directly connected, FastEthernet0/1

S*   0.0.0.0/0 [1/0] via 200.200.200.201

Göründüyü kimi internetə ISP1 adlı provayder vasitəsilə çıxırıq.

2. ISP1 adlı internet provayderdə problem var.

R1#show ip route

Codes: C – connected, S – static, R – RIP, M – mobile, B – BGP   D – EIGRP, EX – EIGRP external, O – OSPF, IA – OSPF inter area       N1 – OSPF NSSA external type 1, N2 – OSPF NSSA external type 2       E1 – OSPF external type 1, E2 – OSPF external type 2       i – IS-IS, su – IS-IS summary, L1 – IS-IS level-1, L2 – IS-IS level-2       ia – IS-IS inter area, * – candidate default, U – per-user static route       o – ODR, P – periodic downloaded static route

Gateway of last resort is 192.168.10.1 to network 0.0.0.0
C    200.200.200.0/24 is directly connected, FastEthernet0/0

C    192.168.10.0/24 is directly connected, FastEthernet0/1

S*   0.0.0.0/0 [1/0] via 192.168.10.1

Göründüyü kimi internetə ISP2 adlı provayder vasitəsilə çıxırıq.

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı