Ehtiyat interfeys (backup interface) – 1-ci hissə

Ehtiyat interfeys (backup interface) – 1-ci hissə
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

backup01

 

Biznes prosesinin davamlılığını (business continuity) təmin etmək üçün tətbiq olunan şəbəkə texnologiyalarından biri də əsas interfeys üçün ehtiyat interfeysin təyin olunmasıdır. Bu zaman əsas interfeysdə problem olarsa, avtomatik olaraq ehtiyat interfeys işə düşür. Bundan başqa, əsas interfeysdə yüklənmə (load) müəyyən həddi aşarsa, bu zaman da ehtiyat interfeys avtomatik olaraq işə düşür. Beləliklə, şəbəkədən asılı olan biznes proseslərində kəsintilər minimum səviyyədə olur.

Qeyd: Ehtiyat interfeys yalnız əsas interfeysdə OSI modelinin Layer 2 səviyyəsində problem olanda işə düşür.

Bizim halda əsas interfeys s0/0, ehtiyat interfeys isə s 0/1-dir.

1. Əsas interfeys üçün ehtiyat interfeysi təyin edin:

R1(config)#interface serial 0/0

R1(config-if)#backup interface serial 0/1

R1(config-if)#backup delay 3 10

Backup delay əmrindəki birinci rəqəm (3) əsas interfeysdə problem olarsa neçə saniyədən sonra ehtiyat interfeysin işə düşəcəyini göstərir. İkinci rəqəm (10) isə əsas interfeysdəki problem aradan qaldırıldıqdan neçə saniyə sonra bu interfeysin öz funksiyasını bərpa edəcəyini göstərir. Deməli, əsas interfeysdə problem 3 saniyədən çox davam edərsə, ehtiyat interfeys işə düşüb, ozünü əsas interfeys kimi aparacaq. Əsas interfeysdəki problem aradan qaldırıldıqdan 10 saniyə sonra  əsas interfeys  ehtiyat interfeysdən əsas olma funksiyasını geri alacaq.

2. R2 adlı routerin loopback interfeysinə R1 adlı routerdan statik rout yazın:

R1(config)#ip route 5.5.5.0 255.255.255.0 192.168.1.2

R1(config)#ip route 5.5.5.0 255.255.255.0 192.168.2.2

 

Konfiqurasiyanı yoxlayaq.

1. show ip interface brief – interfeyslərin vəziyyətini yoxlayaq:

backup02

 

Serial0/0 interfeysin həm statusu, həm də protokol vəziyyəti işlək vəziyyətdədir. Serial 0/1 interfeys isə ehtiyat interfeys olduğu üçün statusu gözləmə (standby) rejimindədir. Xatirladaq ki, status interfeysin OSI modelinin Layer 1 səviyyəsindəki, protokol isə OSI modelinin Layer 2 səviyyəsindəki vəziyyətini göstərir.

2. show backup – backup interfeyslərin vəziyyətini yoxlayaq:

backup03

 

Serial 0/0 əsas (primary) interfeys, serial 0/1 isə ehtiyat (secondary) interfeysdir. Əsas interfeysdə heç bir problem olmadığı üçün ehtiyat interfeys texnologiyasının vəziyyəti normaldir (normal operation).

3. show ip route – routinq cədvəli yoxlayaq:

 

backup04

4. traceroute 5.5.5.5 – paketlərin keçdiyi yolu yoxlayaq:

backup05

 

Konfiqurasiyanı test edək.

1. R1 adlı routerda debug backup əmrini daxil edək:

2. R1 adlı routerdan R2 adlı routerin loopback0 ünvanına paket yollayaq:

backup06

 

2. R2 adlı routerin serial 0/0 interfeysində Layer 2 səviyyədə problem yaradaq. İnterfeysin enkapsulyasiya modunu dəyişək:

R2(config)#interface  serial 0/0

R2(config-if)#encapsulation ppp

3. show ip interface brief – interfeyslərin vəziyyətini yoxlayaq:

backup07

 

Enkapsulyasiya modunu dəyişdiyimiz üçün serial0/0 interfeysin statusu işlək olsa da,  protokol vəziyyəti işlək deyil.

4. R1 adlı routerda debug backup əmrinin nəticəsini analiz edək:

backup08

 

Göründüyü kimi, R1 adlı routerin serial 0/0 əsas interfeysində 15:31:55-də problem baş verib. 3 saniyədən sonra, yəni 15:31:58-də isə serial 0/1 ehtiyat interfeysi işə düşüb və R1 adlı routerdan R2 adlı routerin loopback0 ünvanına paket yollanılması davam edib.

Qeyd: İstehsalatda debug əmrindən istifadə etməyə ehtiyat edin. Debug əmrinin müəyyən parametrlərlə işə salınması, routerin həddindən artıq yüklənməsinə və iş prosesinin dayanmasına səbəb ola bilər. Debug əmrini işə saldıqdan sonra undebug all əmri ilə söndürməyi unutmayın!

Qeyd: Serial xətt vasitəsilə qurulan əlaqənin bir başındakı problem, bağlantının digər başına da təsir edir.

backup09

R2 adlı routerin serial 0/0 interfeysində problem olduğu üçün R1 adlı routerin serial 0/0 interfeysi də bu problemdən xəbər tutub. R1 adlı routerda da serial0/0 əsas interfeysin statusu işlək olsa da,  protokol vəziyyəti işlək deyil. Əksinə serial 0/1 ehtiyat interfeysin həm statusu, həm də protokol vəziyyəti işlək vəziyyətdədir.

backup10

 

Əsas interfeysdə problem olduğu üçün ehtiyat interfeys texnologiyasının vəziyyəti dəyişmişdir (backup mode). Deməli, ehtiyat interfeysi olan serial 0/1 interfeysi hal-hazırda əsas interfeys rolunu oynayır.

Əsas interfeysdə problem olduğu üçün 5.5.5.0/24 şəbəkəsinə olan statik rout da dəyişmişdir.

5. show ip route – routinq cədvəli yoxlayaq:

backup011

 

6. traceroute 5.5.5.5 – paketlərin keçdiyi yolu yoxlayaq:

backup012

 

Konfiqurasiyanı başlanğıc vəziyyətə qaytaraq:

1. R2 adlı routerin serial 0/0 interfeysinin enkapsulyasiyası modunu ilkin vəziyyətə qaytaraq:

R2(config)#interface  serial 0/0

R2(config-if)#encapsulation hdlc

2. R1 adlı routerda baş verən dəyişikliklərə nəzər salaq:

backup013

 

R1 adlı routerin serial 0/0 əsas interfeysində  problem 16:08:55-də aradan qaldırılıb və 10 saniyədən sonra, yəni 16:09:05-də serial 0/1 ehtiyat interfeysi əsas interfeys funksiyasını itirmişdir. R1 adlı routerin serial 0/0 interfeysi yenidən əsas interfeys olmuşdur və router problemdən əvvəlki vəziyyətinə qayıtmışdır.

3. show ip route – routinq cədvəli yoxlayaq:

backup014

 

4. traceroute 5.5.5.5 – paketlərin keçdiyi yolu yoxlayaq:

backup015

 

Uğurlar!

 Amal 

 CCNA/CCNP/CCNA Security/CCAI

 

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı