Protected ports

Protected ports
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

protected_port_topology

 

Bu günlərdə tələbələrdən biri belə bir sual verdi: Xırda biznes mühitində bir topologiya qurmaq istəyirəm. Məndə sadəcə 2960 model Cisco istehsalı olan sviç var. İstəyirəm ki, şəbəkədəki kompüterlər internetə çıxsınlar, amma bir-birilərilə əlaqəsi olmasın.

Protected ports texnologiyasından istifadə edərək məsələni həll etmək mümkündür. Protected ports texnologiyası tətbiq olunmuş və eyni sviçdə yerləşən portlar arasında heç bir trafik  (unicast, multicast və broadcast) ötürülmür. Protected ports texnologiyası tətbiq olunmuş port ilə  tətbiq olunmamış port arasında trafik ötürülməsi adı qaydada davam edəcək.

DSL Modem ip ünvanı – 192.168.5.250/24

PC2 ip ünvanı – 192.168.5.18/24

PC3 ip ünvanı – 192.168.5.225/24

1.  Sviçin fastethernet 0/1 portuna protected ports  texnologiyası tətbiq olunmadığı üçün bu porta heç bir dəyişiklik edilməyəcək.

2. Sviçin fastethernet 0/2 portuna protected ports texnologiyasını (switchport protected) tətbiq edin:

SW_2960>enable

SW_2960#configure terminal

SW_2960(config)#interface fastethernet 0/2

SW_2960(config-if)#switchport mode access

SW_2960(config-if)#switchport protected

3. Sviçin fastethernet 0/3 portuna protected ports texnologiyasını (switchport protected) tətbiq edin:

SW_2960>enable

SW_2960#configure terminal

SW_2960(config)#interface fastethernet 0/3

SW_2960(config-if)#switchport mode access

SW_2960(config-if)#switchport protected

 

Konfiqurasiyanı yoxlayaq:

1. PC2 ilə DSL modem arasında əlaqəni yoxlayaq:

protected_port_1

 

2. PC3 ilə DSL modem arasında əlaqəni yoxlayaq:

protected_port_3

 

3. PC2 ilə PC3 arasında əlaqəni yoxlayaq:

protected_port_2

 

4. Sviçin portuna protected ports texnologiyasının tətbiq olunduğunu yoxlayaq:

protected_port_4

Protected ports texnologiyasına görə eyni sviçdə olan PC2 ilə PC3 arasında əlaqə olmayacaq. Buna baxmayaraq, PC2 və PC3 ilə DSL modem arasında əlaqə olacaq.

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı