On-Demand Routing – ODR

On-Demand Routing – ODR
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Bu dəfə On-Demand Routing – ODR texnologiyası ilə tanış olacağıq. ODR texnologiyası hub-and-spoke topologiyası üçün tərtib edilmişdir. Hub-and-spoke topologiyasında hub router mərkəzi router, spoke isə yalnız bu mərkəzi router ilə əlaqə saxlayan routerdır. Bizim halda HQ mərkəz router, yəni hub,  Branch1 və Branch2 spoke, yəni yalnız mərkəzi router ilə əlaqə saxlayan routerlardır. Branch1 Branch2 və Branch2 Branch1 ilə yalnız mərkəzi router vasitəsilə əlaqə qura bilir. Mərkəzi router ilə bağlı olan routerlara mərkəzi routerdan başqa digər routerlar qoşulmamalıdır. Mərkəzi router ilə bağlı olan routerlara isə server, kompüter və bu kimi son avadanlıqlar (end devices) qoşulmalıdır.

ODR_topology

Qeyd: ODR texnologiyasının işləməsi üçün CDP aktiv olmalıdır.

 

ODR texnologiyasını konfiqurasiya edək:

1. Yalnız mərkəzi routerda ODR texnologiyasını aktiv edin:

HQ>enable

HQ#

HQ#configure terminal

HQ(config)#router odr

 

Konfiqurasiyanı yoxlayaq:

1. Mərkəzi routerda show ip route əmrinin köməyilə routinq cədvəli yoxlayaq:

HQ

 

Qeyd: ODR texnologiyası vasitəsilə göndərilən routlar O hərfi ilə işarələnir.

Mərkəzi router ilə bağlı olan routerlar birbaşa bağlı olan şəbəkələri mərkəzi routera yollayır.

2. Mərkəzi router ilə bağlı olan routerlarda show ip route əmrinin köməyilə routinq cədvəli yoxlayaq:

branch1

 

branch2

Mərkəzi router isə öz növbəsində özünə bağlı olan routerlara default route yollayır.

3. Branch1 ilə Branch2 arasında əlaqəni yoxlayaq:

branch1_brnach2_ping

4. Branch2 ilə Branch1 arasında əlaqəni yoxlayaq:

branch2_branch1_ping

Göründüyü kimi heç bir ip routinq protokoldan və mürəkkəb konfiqurasiyadan istifadə etməməklə şəbəkənin elementləri arasında əlaqə qurduq.

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

 

 

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı