ASA avadanlığında interfeyslərin sürətinin qrafik monitorinqi

ASA avadanlığında interfeyslərin sürətinin qrafik monitorinqi
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Bu dəfə ASA avadanlığının interfeyslərində sürətin qrafik monitorinqini həyata keçirəcəyik. Monitorinqi həyata keçirmək üçün SolarWinds şirkətinin istehsalı olan Real-time Bandwidth Monitor proqramından istifadə edəcəyik. Proqram pulsuzdur və sadəcə qeydiyyatdan keçməkləhttp://www.solarwinds.com/products/freetools/real-time-bandwidth-monitor.aspx linkindən yükləyə bilərsiniz.

SolarWinds Real-time bandwidth monitor proqramını kompüterə quraq.

1. Qeyd edilmiş linkdən proqramı yüklədikdən sonra kompüterə qurmaq üçün işə salın və Nextdüyməsinə basın:

install_1

2. Təqdim edilmiş müqavilə şərtlərini oxuduqdan sonra I accept the terms in the License Agreement bölməsini işarələyərək razılığınızı bildirin və Next düyməsinə basın:

install_2

 

3. Proqramın qurulacağı qovluğu seçin və Next düyməsinə basın:

install_3

 

4. Install düyməsinə basaraq proqramı qurmağa başlayın:

install_4

 

5. Proqramın qurulması bitdikdən sonra Finish düyməsinə basın və proqramı işə salın:

install_5

 

6. Proqramın ilk interfeysi ilə tanış olun:

solarwinds_real_time_bandwidth_monitor_1

 

Proqramı işə saldıqdan sonra nəzərə çarpan ilkin məqam SNMP protokoludur. Deməli, bu proqram məlumatları SNMP protokolu vasitəsilə avadanlıqlardan toplayır və bu məlumatlar əsasında qrafik cədvəl düzəldir.

ASA avadanlığında SNMP protokolunu konfiqurasiya edək.

1. ASDM vasitəsilə ASA avadanlığına daxil olduqdan sonra aşağıdakı ardıcıllığı izləməklə SNMP bölməsinə daxil olun. ASA avadanlığı ilə SolarWinds Real-time Bandwidth Monitor proqramı arasında məlumat mübadiləsini bəd niyyətli şəxslərdən həm ausentikasiya, həm də şifrələmə vasitəsilə qoruyun. SNMPv3 bu protokolun ən təhlükəsiz versiyasıdır. SolarWinds Real-time Bandwidth Monitor proqramı da SNMPv3 protokolu ilə işləyə bildiyi üçün ASA avadanlığında SNMP protokolunun 3-cü versiyasını seçin:

asa_snmp_1

2. İstifadəçi adı, ausentikasiya alqoritmi, ausentikasiya şifrəsi, şifrələmə alqoritmi və sifrələmə üçün istifadə ediləcək şifrəni qeyd edin:

asa_snmp_2

3. SNMP vasitəsilə məlumatların hansı kompüterə göndəriləcəyini qeyd edin:

 

asa_snmp_31

4. Bizim halda SolarWinds Real-time Bandwidth Monitor proqramı 192.168.5.56/24 ip ünvanlı kompüterə qurulduğu üçün bu kompüteri qeyd edin. Bu kompüter ASA avadanlığının içəri (inside) interfeysi ilə əlaqə qurduğu üçün bu interfeysi seçin. SNMP versiya olaraq 3-cü versiyanı seçin. İstifadəçi adı (username) olaraq yuxarıda qeyd etdiyimiz istifadəçi adını daxil edin. SolarWinds Real-time Bandwidth Monitor proqramının qurulduğu kompüterin SNMP protokolu vasitəsilə məlumatları ASA avadanlığından istəmə (poll) mexanizmini aktivləşdirin:

asa_snmp_4

 

SolarWinds Real-time Bandwidth Monitor proqramında ASA avadanlığından SNMP protokolu vasitəsilə məlumatların qəbulunu konfiqurasiya edək.

1. SolarWinds Real-time Bandwidth Monitor proqramını işə salın:

solarwinds_real_time_bandwidth_monitor_1%20%281%29

2. ASA avadanlığında qeyd etdiyimiz SNMP protokol konfiqurasiyasını SolarWinds Real-time Bandwidth Monitor proqramına tətbiq edin. IP Address or Hostname bölməsində ASA avadanlığının içəri interfeysinin ip ünvanının qeyd edin. Müvafiq xanaları doldurduqdan sonraNext düyməsinə basın.

solarwinds_real_time_bandwidth_monitor_2

 

3. ASA avadanlığının monitorinq ediləcəyi interfeysini seçin:

solarwinds_real_time_bandwidth_monitor_3

 

4. Monitorinq qrafikinə aid dəyişiklikləri bu bölmədə edə bilərsiniz:

solarwinds_real_time_bandwidth_monitor_4

5. ASA avadanlığının çöl (outside) interfeysinin sürətini qrafik olaraq monitorinq edin:

solarwinds_real_time_bandwidth_monitor_5

 

Uğurlar!

 

Amal CCNA/CCNP/CCNA Security/CCAI

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı