OSI modeli – Transport pillə, 7-ci hissə

OSI modeli – Transport pillə, 7-ci hissə
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

UDP – OSI modelinin Transport pilləsində fəaliyyət göstərən protokoldur. TCP protokolundan fərqli olaraq, şəbəkəni daha az yükləyir. Çünki bu protokol məlumat ötürməzdən əvvəl mənsəb ilə əlaqə qurmur (connectionless). Yenidən ötürmə, sıralama, axına nəzarət kimi funksiyaları həyata keçirmir. Amma bu o demək deyil ki, UDP protokolu vasitəsilə işləyən proqramlar tərəfindən yollanılan məlumat etibarlı şəkildə çatdırılmır. Sadəcə bu funksiyalar OSI modelini yuxarı pillələrindəki başqa protokollar tərəfindən həyata keçirilir. UDP protokolundan istifadə edən əsas servislər bunlardır:

 

Domain Name System (DNS)

Simple Network Management Protocol (SNMP)

Dynamic Host Configuration Protocol (DHCP)

Routing Information Protocol (RIP)

Trivial File Transfer Protocol (TFTP)

Onlayın oyunlar

 

Bəzi servisər məsələn, onlayn oyunlar və ya VoIP məlumatın az bir qisminin itirilməsi ilə razılaşa bilər. Bu servislər TCP protokolundan istifadə etsəydilər, məlumatın qəbul edilməsində gecikmələr yaranardı. Bu gecikmələr isə bu servislərdən istifadə edən proqramların işləmə keyfiyyətinin aşağı duşməsinə səbəb olur. 

TCP-7-ci-hisse

UDP protokolu məlumat ötürməzdən əvvəl mənsəb ilə əlaqə qurmadığına görə (connectionless) kommunikasiya baş verməzdən əvvəl xüsusi sessiyalar qurmur. Başqa sozlə proqram məlumat göndərmək istəyəndə anında bu məlumatı göndərməyə başlayır. UDP protokolunda məlumat dataqram adlanır. Mənsəbə bir neçə dataqram yollanıldıqda, onlar mənsəb tərəfdə səhv ardıcıllıqda yığılır. UDP protokolu sıra nömrəsindən istifadə edərək ötürülən dataqramları izləmir. UDP sadəcə olaraq məlumatı qəbul etdiyi sırada toplayır və OSI modelinin yuxarı pillələrində işləyən proqrama ötürür. Dataqramların ardıcıllığı proqram üçün əhəmiyyət daşıyırsa, proqram özü dataqramları ardıcıl sırada yığır. Xatırladaq ki, UDP protokolu ötürmə zamanı itirilmiş dataqramları yenidən ötürmür.

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı