Rəqəmlərin onluq say sistemindən ikili say sisteminə çevrilməsi

Rəqəmlərin onluq say sistemindən ikili say sisteminə çevrilməsi
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Kompüter hər bir məlumatı ikili say sisteminə çevirdikdən sonra bu məlumatı emal edir. Rəqəmlər də bu cür çevrilməyə məruz qalır. Bu dəfəki məqaləmizdə rəqəmlərin onluq say sistemindən ikili say sisteminə çevrilmə üsulundan bəhs edəcəyik.

Kompüterdə hər bir rəqəm 8 bitə bərabərdir. Hər bit bitin dəyəri 1 və ya 0 ola bilər. Məsələn, 1110 0001, 1111 1111, 1010 1010 və s.

Aşağıdakı cədvəli yadda saxlamağınız vacibdir.

1000 000 = 2 üstü 7 = 128

0100 000 = 2 üstü 6 = 64

0010 000 = 2 üstü 5 = 32

0001 000 = 2 üstü 4 = 16

0000 1000 = 2 üstü 3 = 8

0000 0100 = 2 üstü 2= 4

0000 0010 = 2 üstü 1 = 2

0000 0001 = 2 üstü 0 = 1

2 üstü 7 o deməkdir ki, 1000 0000 ikili rəqəmində 1 rəqəmindən sonra 7 ədəd rəqəm var. İkili say sistemindən istifadə etdiyimiz üçün əsas 2 rəqəmidir.

 

120 onluq rəqəmini ikili say sisteminə çevirək.

Cədvəldəki ilk rəqəmimiz 128 olduğu üçün 120 rəqəmini bu rəqəmlə müqayisə edəcəyik.

120 < 128 olduğu üçün 8 bitin birinci rəqəmi 0 olacaq: 0000 0000

Cədvəldəki növbəti rəqəmimiz 64 olduğu üçün 120 rəqəmini bu rəqəmlə müqayisə edəcəyik.

120 > 64 olduğu üçün 8 bitin ikinci rəqəmi 1 olacaq: 0100 0000

Cədvəldəki növbəti rəqəmimiz 32 olduğu üçün 120 rəqəmini  64 ilə 32 rəqəmlərinin toplanmasından (64 32=96) əldə etdiyimiz rəqəmlə, yəni 96 rəqəmi ilə müqayisə edəcəyik.

120 > 96 olduğu üçün 8 bitin üçüncü rəqəmi 1 olacaq: 0110 0000

Cədvəldəki növbəti rəqəmimiz 16 olduğu üçün 120 rəqəmini  64, 32 və 16 rəqəmlərinin toplanmasından (64 32 16=112) əldə etdiyimiz rəqəmlə, yəni 112 rəqəmi ilə müqayisə edəcəyik.

120 > 112 olduğu üçün 8 bitin dördüncü rəqəmi 1 olacaq: 0111 0000

Cədvəldəki növbəti rəqəmimiz 8 olduğu üçün 120 rəqəmini  64, 32, 16 və 8 rəqəmlərinin toplanmasından (64 32 16 8=112) əldə etdiyimiz rəqəmlə, yəni 120 rəqəmi ilə müqayisə edəcəyik.

120 = 120 olduğu üçün 8 bitin beşinci rəqəmi 1 olacaq: 0111 1000

Beləliklə, 120 onluq rəqəminin ikili say sistemində qarşılığı 0111 1000 oldu.

 

2 onluq rəqəmini ikili say sisteminə çevirək.

2 < 128 olduğu üçün 8 bitin birinci rəqəmi 0 olacaq: 0000 0000

2 < 64 olduğu üçün 8 bitin ikinci rəqəmi 0 olacaq: 0000 0000

2 < 32 olduğu üçün 8 bitin üçüncü rəqəmi 0 olacaq: 0000 0000

2 < 16 olduğu üçün 8 bitin dördüncü rəqəmi 0 olacaq: 0000 0000

2 < 8 olduğu üçün 8 bitin beşinci rəqəmi 0 olacaq: 0000 0000

2 < 4 olduğu üçün 8 bitin beşinci rəqəmi 0 olacaq: 0000 0000

2=2 0lduğu üçün 8 bitin beşinci rəqəmi 1 olacaq: 0000 0001

Beləliklə, 2 onluq rəqəminin ikili say sistemində qarşılığı 0000 0001 oldu.

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı