Cisco avadanlıqları ilə bağlı 10 fakt – 3-cü hissə

Cisco avadanlıqları ilə bağlı 10 fakt – 3-cü hissə
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

1. Routinq protokollar klasslı (classful) və klassız (classless) olaraq iki qrupa ayrılır. Klasslı routinq protokollar yalnız klasslı şəbəkələri (/8, /16, /24) anlayır  və göndərdikləri yeniliklərdə (update) şəbəkə maskasını göndərmir. Əksinə, klassız routinq protokollar isə həm klasslı şəbəkələri (/8, /16, /24), həm də klassız şəbəkələri (/12, /17, /25 və s.) anlayır və göndərdikləri yeniliklərdə şəbəkə maskasını da göndərir.

2. RIP routinq protokolu UDP protokolundan və 520-ci portdan istifadə edir.

3. Packet Tracer – şəbəkəni qismən simulyasiya edən proqramdır.

4. Şəbəkə kartının işləyib-işləmədiyini yoxlamaq üçün 127.0.0.1-127.255.255.254 aralığından bir ip ünvanı pinq etmək lazımdır.

Router_Switch#ping 127.100.101.102

5. Cisco avadanlığında hansı modulların olduğunu öyrənmək üçün show inventory əmrindən istifadə etmək lazımdır.

Router_Switch#show inventory

6. TTL (time to live) – paketin şəbəkədə yaşama müddətidir. Paket hər bir avadanlığı keçərkən TTL müddəti -1 qədər azalır. TTL 0 olarsa, paket növbəti avadanlığa ötürülmür və məhv edilir.

7. show ip route – əmri routinq cədvəli göstərir.

8. Publik ip ünvanlar IANA (Internet Assigned Numbers Authority) təşkilatı tərəfindən paylanılır.

9. Ctrl+E – CLI modunda kursoru sətrin sonuna aparır.

10. OSI modelinin Transport pilləsində TCP və UDP adlı protokollar fəaliyyət göstərir.

 

 

CCNA kursu 5.0 – 200-120

 

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı