Debug əmrinin fəsadının aradan qaldırılması

Debug əmrinin fəsadının aradan qaldırılması
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Debug əmrinin törətdiyi fəsadlar şəbəkə inzibatçılarına yaxşı tanışdır. Debug əmrinin istənilən növünü işə salmazdan əvvəl bu əmrin hansı fəsadlar törədə biləcəyini düşünmək lazımdır. debug ip icmp əmri heç bir fəsad törətməsə də, debug ip packet əmrinin və ya eyni anda işə salınmış bir neçə debug əmrinin fəsadları ağır ola bilər. Hətta sizin növbədənkənar ezamiyyətə yollanılmanıza səbəb ola bilər. Bu halın baş verməməsi üçün sadə bir metoddan istifadə edəcəyik.

debug_topology

Fərz edək ki, şirkətinizin Bakı və Ankara ofisləri var. Ankara ofisində problem olduğu üçün Ankara ofisindəki routera telnet vasitəsilə qoşulub, problemi aradan qaldırmaq istəyirisiniz. Bunun üçün ilk növbədə routerda nə baş verdiyni debug əmrinin köməyilə analiz etmək lazımdır. Ankara routera telnet vasitəsilə qoşulaq.

debug_putty

Telnet və səlahiyyətli icraçı mod üçün şifrələrimizi daxil edək.

debug_telnet

 

Ankara routera qoşulduqdan sonra debug əmrini daxil edirik. Əmrin daxil edilməsinə baxmayaraq, telnet pəncərəsində heç bir məlumat əks olunmadı.

debug_debug_ip_packet_no_terminal_monitor

 Bir az google-da axtarış etdikdən sonra anlayırıq ki, bunun üçün xüsusi bir əmr yazmaq tələb olunur. Əmri yazaq və nəticəyə diqqət edək.

Ankara#terminal monitor

debug_debug_ip_packet

Bu əmri yazdıqdan sonra telnet pəncərəsində o qədər məlumat əks olunacaq ki, Ankaradakı routerin idarəsini itirəcəyik. Çoxsaylı debug mesajları debug əmrini dayandırmaq üçün əks əmri yazmağa imkan verməyəcək. Ankaradakı routeri itirdik. Routeri bərpa etmək üçün routerin konsol portuna bağlanmaq lazımdır. Rəhbərlikdən töhmət almağa və Ankaraya növbədənkənar ezamiyyətə getməyə hazırlaşın. Birincisi xoşagəlməz olsa da, ikincisinə “yaxşı” deyə bilərsiniz. Həm routeri düzəldərəm, həm də Ankaranı gəzərəm. Amma bu ezamiyyət ayın sonunda sizin maaşınızda azalmaya səbəb olarsa, əminəm ki, “yaxşı” deməyəcəksiniz. Belə fəsadın baş verməməsi üçün debug əmrini Ankaradakı routera tətbiq etməzdən əvvəl Ankaradakı routera ikinci telnet sessiyanı açmaq lazımdır. Birinci telnet sessiyada debug əmrini işə salırıq. İkinci telnet sessiyada isə debug əmrini undebug all əmrinin köməyilə söndürürük.

debug_undebug_all

Xəbərdalıq: Məqalə maarifləndirici xarakter daşıyır. İstehsalatda tətbiq edəcəyiniz debug əmrinə görə heç bir məsulliyyət daşımıram.

 

 

CCNA kursu 5.0 – 200-120

 

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

 

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı