Şəbəkədə nə baş verir? – RSPAN

Şəbəkədə nə baş verir? – RSPAN
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

SPAN  texnologiyası haqqında əvvəlki məqalədə məlumat vermişdik. Qısaca desək, SPAN texnologiyası bir sviç daxilində emal olunan freymlərin analiz olunmasına imkan verir. Rəsimdə göstərilən topologiyada isə bu mümkün olmayacaq. Çünki Switch1 adlı sviçdə analizatorun qurulduğu kompüteri sviçə qoşmaq üçün boş port yoxdur. Bu zaman RSPAN (Remote Switched Port Analyzer) texnologiyası köməyimizə gəlir.

 

rspan_topology

RSPAN texnologiyası bir sviç daxilində emal edilən freymlərin sviçarası xətt (trunk) vasitəsilə digər sviçə və həmin sviçdən isə analizatorun (Wireshark) qurulduğu kompüterə ötürülməsinə imkan verir. Konfiqurasiyaya baxaq.

1. Switch1 adlı sviçdə xüsusi SPAN VLAN-ı yaradırıq:

Switch1>enable

Switch1#configure terminal

Switch1(config)#vlan 666

Switch1(config-vlan)#name RSPAN

Switch1(config-vlan)#remote

Switch1(config-vlan)#remote-span

2. Switch1 adlı sviçdə 12-ci port vasitəsilə ötürülən və qəbul edilən freymləri yaratdığımız SPAN VLAN-a ötürürük:

Switch1(config)#monitor session 1 source interface fastEthernet 0/12

Switch1(config)#monitor session 1 destination remote vlan 666

QEYD: SPAN VLAN-ın sviçarası xəttdən keçidinə icazə verildiyinə əmin olun.

3. Switch2 adlı sviçdə eyni nömrəli xüsusi SPAN VLAN-ı yaradırıq:

Switch2>enable

Switch2#configure terminal

Switch2(config)#vlan 666

Switch2(config-vlan)#name RSPAN

Switch2(config-vlan)#remote

Switch2(config-vlan)#remote-span

QEYD: SPAN VLAN-ın sviçarası xəttdən keçidinə icazə verildiyinə əmin olun.

4. Switch1 adlı sviçdə 12-ci port vasitəsilə ötürülən və qəbul edilən freymlərin ötürüldüyü 666 nömrəli VLAN-ı Switch2 adlı sviçdə analizatorun qoşulduğu 15-ci porta yönəldirik:

Switch2(config)#monitor session 1 source remote vlan 666

Switch2(config)#monitor session 1 destination interface fastEthernet 0/15

Konfiqurasiyanı show monitor əmrinin köməyilə yoxlayaq:

show_monitor_1

show_monitor_2

 

 

CCNA kursu 5.0 – 200-120

 

Uğurlar!

Amal
CCNA/CCNP/CCNA Security/CCAI

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı