Şəbəkədə nə baş verir? – ip export-traffic

Şəbəkədə nə baş verir? – ip export-traffic
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Əvvəlki məqalələrdə sviçdə SPAN və RSPAN texnologiyasından bəhs etmişdik. Bu dəfə router interfeysindən ötürülən trafikin bir nüsxəsinin analizatora yollanılması texnologiyasına nəzər salacağıq.

ip_traffic-export_topology

 

Tapşırığa əsasən R1 adlı routerın fastethernet0/0 interfeysindən keçən trafikin bir nüsxəsini C2 adlı kompüterə qurulmuş analizatora yollamaq tələb olunur. ip traffic-export əmrinin köməyilə tapşırığı həll edək.

1. İnterfeysdən keçəcək trafikin eksport edilməsi üçün profil yaradaq:

R1(config)#ip traffic-export profile TEST

2. Analizator qurulmuş kompüterə bağlı olan interfeysi profilə daxil edək:

R1(conf-rite)#interface fastEthernet 0/1

3. İnterfeysə daxil olan və interfeysdən çıxan trafikin analiz ediləcəyini profildə qeyd edək. İlkin olaraq, yalnız interfeysə daxil olan trafik analiz edilir.

R1(conf-rite)#bidirectional

4. Analizator qurulmuş kompüterin fiziki ünvanını  profilə daxil edək:

R1(conf-rite)#mac-address 0200.4C4F.4F50

5. Profili analizə məruz qalacaq interfeysə tətbiq edək:

R1(config)#interface fastEthernet 0/0

R1(config-if)#ip traffic-export apply TEST

Profili interfeysə tətbiq edən kimi aşağıdakı bildiriş interfeysə daxil olan və interfeysdən çıxan trafikin bir nüsxəsinin eksport ediləcəyini göstərir.

*Mar  1 00:17:23.495: %RITE-5-ACTIVATE: Activated IP traffic export on interface FastEthernet0/0

C2 adlı kompüterdə Wireshark adlı analizatoru işə salaq və konfiqurasiyanı test edək. R3 adlı routerdən R1 adlı routeri pinq edək.

ip_traffic-export_wireshark

 

Konfiqurasiyanı yoxlamaq və nə qədər paketin eksport edildiyini görmək üçün show ip traffic-export əmrindən istifadə edək.

show_ip_traffic-export

 

 

CCNA kursu 5.0 – 200-120

 

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı