IPv4 şəbəkə, host, brodkast ünvanı

IPv4 şəbəkə, host, brodkast ünvanı
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Bu dəfə IPv4 şəbəkə, host və brodkast ünvanından bəhs edəcəyik. Hər dəfə avadanlığın şəbəkə kartına 192.168.1.1 255.255.255.0 yazırıq. Bəs bu nə deməkdir? Avadanlığa 192.168.5.0 ip ünvanını təyin etmək olarmı? Şəbəkədə heç bir itkiyə yol vermədən 30 avadanlığa ip ünvan təyin etmək tələb olunarsa, bu tapşırığı necə həll etmək lazımdır? Bu kimi suallara cavab vermək üçün bu məqaləni oxumağınızı məsləhət görürəm.

Bir çox ədəbiyyatda 192.168.1.1 255.255.255.0 yazısı 192.168.1.1/24 kimi də yazılır. /24 yazısı şəbəkə prefiksi adlanır. Şəbəkə prefiksi host ip ünvanın şəbəkə maskasını və şəbəkə ünvanını təyin etmək üçün istifadə edilir. /24 yazısı şəbəkə maskasında 24 dənə 1 ədədinin (11111111.11111111.11111111.00000000=255.255.255.0) mövcudluğunu göstərir. 11111111.11111111.11111111.00000000 yazısında 4 oktet var. Hər bir 8 rəqəm bir okteti təşkil edir. Niyə hər bir oktetdə 8 dənə 1 ədədi var? Çünki 255 ədədinin ikili say sitemində təsviri 11111111 kimidir. Rəqəmləri onluq say sistemindən ikili say sisteminə çevirmək üçün “Rəqəmlərin onluq say sistemindən ikili say sisteminə çevrilməsi” məqaləsini oxuya bilərsiniz. 192.168.1.1/24 host ip ünvanının şəbəkə ünvanını tapmaq üçün həm host ip ünvanı, həm də şəbəkə maskasını ikili say sisteminə çevirib, AND məntiqi əməliyyatını həyata keçirmək lazımdır. AND məntiqi əməliyyatına görə verilənlərdən ikisi də doğru olarsa, nəticə doğrudur, ikisi də səhvdirsə, nəticə səhvdir. Verilənlərdən biri səhvdirsə, nəticə səhvdir. 192.168.1.1 və 255.255.255.0 yazılarını ikili say sisteminə keçirək:

11000000.10101000.00000001.00000001

AND

111111111.1111111111.1111111111.00000000

____________________________________

11000000.10101000.00000001.00000000

11000000.10101000.00000001.00000000 yazısı onluq say sistemində 192.168.1.0 yazısına bərabərdir. Deməli, 192.168.1.1/24 host ip ünvanının şəbəkə ünvanı 192.168.1.0/24 oldu. 192.168.1.1/24 host ip ünvanı 192.168.1.0/24 şəbəkəsinin ilk host ip ünvanıdır. Bu şəbəkədə 254 avadanlığa ip ünvan təyin etmək olar. Bəs 192.168.1.0/24 şəbəkəsinin brodkast ünvanı nədir? Brodkast ünvanı tapmaq üçün 192.168.1.0/24 şəbəkəsindən sonrakı şəbəkə ünvanını tapmaq lazımdır. Növbəti şəbəkəni tapmaq üçün şəbəkə ünvanları arasında addımların sayını tapmaq lazımdır. Bizim halda, addımların sayını tapmaq üçün 256 rəqəmindən şəbəkə maskasındakı üçüncü oktetdəki rəqəmi çıxırlar. 256-255=1. Şəbəkə ünvanları arasında addımların sayı 1-dir. Şəbəkələr aşağıdakı kimi olacaq:

192.168.1.0/24

192.168.2.0/24

192.168.3.0/24

192.168.255.0/24

Hər bir şəbəkənin brodkast ünvanı növbəti şəbəkə ünvanından -1 çıxmaqla təyin edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 192.168.1.1/24 və 192.168.100.100/24  host ip ünvanlarının şəbəkə, host, brodkast ünvanını təyin edək.

Şəbəkə ünvanı: 192.168.1.0/24

Host ünvanları: 192.168.1.1/24, 192.168.1.2/24, 192.168.1.3, …, …, …, 192.168.1.254/24

Brodkast ünvan: 192.168.1.255/24

Şəbəkə ünvanı: 192.168.100.0/24

Host ünvanları: 192.168.100.1/24, 192.168.100.2/24, 192.168.100.3, …, …, …, 192.168.100.254/24

Brodkast ünvan: 192.168.100.255/24

 

Başqa bir məsələyə baxaq.

10.10.0.100/20 host ip ünvanının şəbəkə ünvanı, host ünvanları, brodkast ünvanını tapın:

/20 sabnet prefiksli şəbəkə maskasında 20 dənə 1 ədədi var. 8 dənə 1 ədədi 1-ci oktetdə, 8 dənə 1 ədədi 2-ci oktetdə, 4 dənə 1 ədədi isə 3-cü oktetdə var. Cəmi 20 dənə (8 8 4) 1 ədədimiz oldu.

111111111.11111111.11110000.00000000 = 255.255.240.0

240 ədədinin ikili say sistemində təsviri 11110000 kimidir. Deməli, 10.10.0.100/24 şəbəkə prefiksli yazısı şəbəkə maskası ilə 10.10.0.100 255.255.240.0 şəkilndə yazılacaq. Bunu təyin etdikdən sonra 10.10.0.100/20 ip ünvanının şəbəkə ünvanı, host ünvanları, brodkast ünvanını tapaq. Şəbəkə ünvanları arasında addımların sayını tapmaq üçün 256 rəqəmindən tam 255 olmayan oktetdəki rəqəmi çıxırıq. 256-240=16. Deməli, addımların sayı 16 oldu. Hər 16 addımdan bir yeni şəbəkə ünvanı əldə edəcəyik. Şəbəkə ünvanlarının sayını tapmaq üçün tam 255 olmayan oktetdəki 1 ədədlərinin sayını bilmək lazımdır. Bizim halda 3-cü oktetdə 4 dənə 1 ədədi var. Deməli, şəbəkə sayı N=2 üstü 4 = 16. Şəbəkə ünvanları aşağıdakılardır:

10.10.0.0/20

10.10.16.0/20

10.10.32.0/20

10.10.48.0/20

10.10.64.0/20

10.10.80.0/20

10.10.96.0/20

10.10.112.0/20

10.10.128.0/20

10.10.144.0/20

10.10.160.0/20

10.10.176.0/20

10.10.192.0/20

10.10.208.0/20

10.10.224.0/20

10.10.240.0/20

Host ip ünvanlarının sayını tapmaq üçün isə  şəbəkə maskasında 0 ədədlərinin sayını tapmaq lazımdır. Bizim halda, 12 dənə 0 ədədimiz var. (2 üstü 12)-2 = 4096-2=4094. Deməli, bir şəbəkədə 4094 avadanlığa ip ünvan təyin edə bilərik. Bütün bu avadanlıqlar bir-birilə əlavə avadanlıq (router) olmadan əlaqə saxlayacaqlar. Çünki hamısı bir şəbəkənin üzvüdürlər. Sual yaranır. Niyə 4096 yox, 4094 ip ünvan? Çünki 2 ünvandan biri şəbəkə ünvanı, digəri isə brodkast ünvanıdır. Bu iki ünvanı isə avadanlıqlara təyin etmək olmaz.

10.10.0.100/20 ip ünvanının şəbəkə ünvanı, host ünvanları, brodkast ünvanı aşağıdakı kimi olacaq:

Şəbəkə ünvanı: 10.10.0.0./20

Host ünvanları: 10.10.0.1/20, 10.10.0.2/20, …, …, …, 10.10.0.255/20, 10.10.1.1/20,10.10.1.2/20, …, …, …, 10.10.15.254/20

Brodkast ünvan: 10.10.15.255/20 

 

 

CCNA kursu 5.0 – 200-120

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı