RIP (Routing Information Protocol) – 1-ci hissə

RIP (Routing Information Protocol) – 1-ci hissə
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. Dinamik routinq protokollar şəbəkədə 1980-ci illərdən istifadə olunmağa başlayıb. Bu məqalədə dinamik routinq protokolların birincilərindən olan RIP haqqında məlumat verəcəyik. RIP protokolu 1-ci və 2-ci versiya olmaqla iki yerə bölünür. RIP 1-ci versiya routinq protokolu 1988-ci ildə işıq üzü görüb. Şəbəkələrin sürətlə böyüməsi və ortaya çıxan yeni tələblər RIP 2-ci versiyanın əmələ gəlməsinə imkan vermişdir. RIP protokolu müasir şəbəkələrdə tez-tez istifadə olunmasa da, dinamik routinq protokolların işləmə mexanizmini anlamağa kömək edir. Versiyalar üzrə detallara girmədən bu protokolun əsas xüsusiyyətlərini vurğulayaq.

1. Daxili protokollar (Interior Gateway Protocols -IGP) qrupunun distant vektor (Distance Vector) prokollar sinfinə aiddir.

2. Protokol Bellman-Ford alqoritmi ilə işləyir.

3. AD dəyəri 120-dir.

4. Metrik olaraq avadanlıq sayı (hop count) istifadə edir.

5. Maksimum avadanlıq sayı 15-dir.

6. Protokol hər 30 saniyədən bir tam yenilənmə (update) göndərir.

7. Protokolun şəbəkədə baş vermiş dəyişiklikləri yayma sürəti (convergence) zəifdir.

8. Protokol şəbəkə genişləndikdə (scalability) şəbəkənin tələblərini ödəyə bilmir.

9. Protokolun avadanlığın resurslarına (mərkəzi prossesor, operativ yaddaş və s.) olan tələbatı azdır.

10. Protokolun quraşdırılması və baxımı asandır.

 

 

CCNA kursu 5.0 – 200-120

 

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı