Boot system əmri köməyinizə gəlir!

Boot system əmri köməyinizə gəlir!
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Belə bir ssenari fikirləşin.

IOS faylını avadanlıqda yeniləmək tələb olunur. Köhnə IOS faylı c1900-universalk9-mz.SPA.152-4.M3.bin faylıdır. Yeni IOS faylı isə c1900-universalk9-mz.SPA.153-4.M3.bin faylıdır. Köhnə IOS faylını dərhal silməyə tələsməyin. Təsəvvür edin ki, köhnə IOS faylını sildiniz və yeni IOS faylını avadanlığa yüklədiniz. Avadanlığı yenidən işə saldınız və SÜRPRİZ! Avadanlq yeni IOS faylı ilə işləmədi və avadanlıq yararsız vəziyyətə düşdü. Belə bir vəziyyətdə avadanlığı bərpa etmək xeyli vaxt alacaq. IOS faylını yeniləyən zaman belə bir sürprizlə qarşılaşmamaq üçün köhnə IOS faylını silmirik və boot system əmrinin köməyilə həm yeni, həm də köhnə IOS faylını avadanlığatanıdırıq. İlkin olaraq avadanlıq yeni IOS faylından istifadə edəcək. Əgər yeni IOS faylında problem olarsa, avadanlıq köhnə IOS faylını yükləyəcək.

Router(config)# boot system flash0://c1900-universalk9-mz.SPA.153-4.M3.bin
Router(config)# boot system flash0://c1900-universalk9-mz.SPA.152-4.M3.bin

Qeyd: IOS versiyaları tədris məqsədilə vurğulanıb. Belə IOS versiyaları olmaya bilər.

Qeyd: Avadanlıqda iki və daha çox IOS faylı saxlamaq üçün flash adlı yaddaşda kifayət qədər boş yer olmalıdır.

 

CCNA kursu 5.0 – 200-120

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı