APIPA – Automatic Private IP Addressing

APIPA – Automatic Private IP Addressing
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Kompüterimiz DHCP (Dynamic Host Configuring Protocol) servisdən ip ünvan ala bilmədikdə, özü-özünə 169.254.0.1 – 169.254.255.254/16 aralığından ixtiyari bir ip ünvan təyin edir. Bu aralıqdan ip ünvan alan kompüterlər bir şəbəkə daxilində bir-biri ilə əlaqə saxlaya bilsələr də, digər şəbəkədəki avadanlıqlar ilə əlaqə saxlaya bilmirlər. Çünki bu ip ünvanlardan istifadə edilərək qurulan ip paketlərin TTL dəyəri 1-ə bərabərdir. Bir şəbəkə daxilində APIPA ip ünvanları təkrarlanmamalıdır. Təkrarlanmanın qarşısını almaq üçün kompüter ARP (Address Resolution Protocol) protokolundan istifadə edir. Kompüter özü-özünə ixtiyari olaraq APIPA ip ünvanları diapazonundan bir ip ünvan təyin edir və şəbəkəyə ARP müraciət yollayır. Bu ARP müraciətə cavab gələrsə, deməli kompüterin özünə ixtiyari olaraq təyin etdiyi APIPA ip ünvanı şəbəkədə digər kompüter tərəfindən istifadə edilir. Bu zaman müraciət göndərən kompüter özünə yenidən APIPA ip ünvanları diapazonundan başqa bir ip ünvan verir və ARP müraciəti təkrar yollayır. Bu proses kompüter özünə şəbəkə daxilində digər kompüterlər tərəfindən istifadə olunmayan APIPA ip ünvan təyin edənədək davam edir. Kompüterin özü-özünə təyin etdiyi APIPA ip ünvanı daimi deyil. Hər beş dəqiqədən bir kompüter şəbəkəyə DHCP brodkast paketi yollayır. Əgər bu brodkast paketə DHCP server tərəfindən cavab gələrsə, kompüter APIPA ip ünvanı ləğv edir və DHCP serverdən ip ünvan alma prosesinə başlayır.

 

 

 

CCNA kursu 5.0 – 200-120

 

 

Uğurlar!

Müəllif: Çoşqun

Korrektor: Amal

CCNA/CCNP/CCNA Security/CCAI

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı