Configure replace – konfiqurasiyanın geri qaytarılması

Configure replace – konfiqurasiyanın geri qaytarılması
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Avadanlığınızı səhv konfiqurasiya etdiniz? Konfiqurasiyanı geri, yəni əvvəlki vəziyyətə qaytarmaq istəyirsiniz? Problemin həlli olaraq, avadanlığı yenidən işə salmaq məsləhət görülə bilər. Avadanlığı yenidən işə salmaq trafik kəsintisinə səbəb olduğu üçün bu biznesin davamlılığı prinsipinə zidd gəlir. Bəs nə edək? Bütün bu neqativ halları aradan qaldırmaq üçün configure replace əmri köməyinizə gəlir.

Qeyd: Configure replace əmri ilə konfiqruasiyanı bərpa etmək yalnız cari konfiqurasiyanı (running-config) NVRAM adlı yaddaşdakı konfiqurasiya faylında (startup-config) saxlamamışdan əvvəl mümkündür.

Avadanlığa aşağıdakı konfiqurasiyanı əlavə edirik və bu konfiqurasiyanı NVRAM adlı yaddaşdakı konfiqurasiya faylında (startup-config) saxlamırıq.

Baku(config)#router ospf 100

Baku(config-router)#network 192.168.1.0 0.0.0.255 area 0

configure_replace_02

Konfiqurasiyamız cari konfiqurasiya faylına əlavə edilmişdir.

Bir qədər sonra bu konfiqurasiyanı silmək istəyirik. configure replace nvram:startup-configəmrindən istifadə edirik.

configure_replace_01

OSPF ilə bağlı etdiyimiz konfiqurasiya cari konfiqurasiya faylından silindi.

configure_replace_03

 

Konfiqurasiyanı bərpa edərkən heç bir xəbərdalıq almadan yerinə yetirmək istəyirsinizsə, onda configure replace nvram:startup-config force əmrindən istifadə etmək olar.

configure_replace_04

 

Konfiqurasiyanı bərpa edərkən hansı əmrlərin silindiyini görmək üçün configure replace nvram:startup-config list əmrindən istifadə etmək olar.

configure_replace_05

 

Qeyd: Mövcud ssenaridəki konfiqurasiyanı no router ospf 100 əmrinin köməyilə də silmək olar. Məqalə informasiya xarakterli 

olduğu üçün sadə bir misal ilə configure replace əmrinin iş prinsipi izah edilmişdir. Mürəkkəb ssenarilərdə no əmrinin köməyilə konfiqurasiyanın bərpası uzun, yorucu və təhlükəli ola bilər.

 

 

CCNA kursu 5.0 – 200-120

 

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı