show run linenum – əmrlərin sıra nömrələrinin təyin edilməsi

show run linenum – əmrlərin sıra nömrələrinin təyin edilməsi
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Təsəvvür edək ki, Cisco dəstək mərkəzinə (TAC) zəng etmisiniz. Avadanlığın konfiqurasiyasını mərkəzə yollamısınız və müzakirə edirsiniz. Konfiqurasiyada müzakirə edilən əmrləri tapmaq müəyyən vaxt alır. Hər iki tərəf arasında əmrlərin tapılması prosesini sinxronizasiya etmək üçün hər iki tərəfdə sadəcə show run  linenum əmrini verilməsi kifayətdir. Bu əmrin nəticəsində hər bir əmrin qarşısında sıra nömrəsi göstəriləcəkdir. Müzakirə zamanı bu nömrələrdən istifadə edərək, konfiqurasiyadakı hansı əmrin analiz edildiyini tezliklə tapmaq mümkündür. Məsələn, 3 sıra nömrəli əmr deyəndə, service timestamps debug datetime msec əmrinin müzakirə edildiyini asanlıqla anlamaq olar.

 

Router#show run linenum

Building configuration…

 

Current configuration : 740 bytes

1 : !

2 : version 12.4

3 : service timestamps debug datetime msec

4 : service timestamps log datetime msec

5 : no service password-encryption

6 : !

7 : hostname Router

8 : !

9 : boot-start-marker

10 : boot-end-marker

11: !

12 : !

13 : no aaa new-model

14 : memory-size iomem 5

15 : ip cef

16 : !

17 : !

18 : !

19 : !

20 : no ip domain lookup

21 : ip domain name lab.lab

<– çıxarış uzun olduğu üçün tam göstərilməmişdir –>

 

 

CCNA kursu 5.0 – 200-120

 

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı