CEF – per-destination load balancing

CEF – per-destination load balancing
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Cisco şəbəkə avadanlıqlarında ilkin olaraq CEF sviçinq metodu aktivdir. 10.34.107.0/27 şəbəkəsinə eyni metrikə malik dörd yolumuz var. Deməli, paketlərin ötürülməsi zamanı yükün bölüşdürülməsi (load-balancing) baş verəcək. CEF sviçinq metodunda ilkin olaraq yükün bölüşdürülməsi mənsəb ip ünvana (per-destination load balancing) görədir. Belə bir bölüşdürmə metodunda mənbə ip ünvan ilə mənsəb ip ünvan xüsusi alqoritmin köməyilə heşlənir. Əgər mənbə ip ünvan ilə mənsəb ip ünvan dəyişməz olaraq qalırsa, bu zaman bu ip ünvanların heşlənməsi nəticəsində əldə olunan dəyər də eyni olacaq. Belə olduğu təqdirdə avadanlıq paketləri 10.34.107.0/27 şəbəkəsinə hər zaman dörd yolun yalnız birindən istifadə edərək ötürəcək. Əgər mənbə ip ünvan və ya mənsəb ip ünvan dəyişərsə, bu zaman bu ip ünvanların heşlənməsi nəticəsində əldə olunan dəyər də hər dəfə fərqli olacaq. Belə olduğu təqdirdə avadanlıq paketləri 10.34.107.0/27 şəbəkəsinə dörd yolun dördündən də istifadə edərək ötürəcək. Yükün eyni metrikə malik olan yollar vasitəsilə əsl bərabər bölüşdürülməsi baş verəcək.

7609#show ip route

O        10.34.107.0/27 [110/11] via 10.34.111.26, 2w2d, Vlan2309

[110/11] via 10.34.111.18, 2w2d, Vlan2307

[110/11] via 10.34.111.10, 2w2d, Vlan2305

[110/11] via 10.34.111.2, 2w2d, Vlan2303

 

7609#show ip cef exact-route 10.34.255.3 10.34.107.11

10.34.255.3 -> 10.34.107.11 => IP adj out of Vlan2309, addr 10.34.111.26

 

7609#show ip cef exact-route 10.34.255.3 10.34.107.12

10.34.255.3 -> 10.34.107.12 => IP adj out of Vlan2307, addr 10.34.111.18

 

7609#show ip cef exact-route 10.34.255.3 10.34.107.14

10.34.255.3 -> 10.34.107.14 => IP adj out of Vlan2305, addr 10.34.111.10

 

7609#show ip cef exact-route 10.34.255.3 10.34.107.16

10.34.255.3 -> 10.34.107.16 => IP adj out of Vlan2303, addr 10.34.111.2

Göründüyü kimi mənbə ip ünvan eyni olsa da, hər dəfə mənsəb ip ünvan dəyişir. Bunun nəticəsi olaraq, router 10.34.107.0/27 şəbəkəsinə paket ötürən zaman fərqli-fərqli növbəti avadanlığın ip ünvanını seçir.


Oxuduqularımızı əyanı olaraq görməyin zövqu tam başqadır.

 

 

CCNA kursu 5.0 – 200-120

 

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı