EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar
Fontu böyüt (A+) / Fontu kiçilt (A-)

Salam,

Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi prosessorunda ara-sıra yüklənmə ilə bağlı sıçrayışlar baş verirdi. Mərkəzi prosessorun yüklənməsi 50%-dan artıq olan kimi şəbəkənin idarəetmə sisteminə həyəcan siqnalı gəlirdi. Məsələni araşdırmaq mütləq idi. Çünki mərkəzi prosessorun 50%-dan artıq yüklənməsi normal hal deyil. Bundan başqa bu cür sıçrayışlar davamlı olmayıb, saniyələr ərzində baş verirdi.

show processes cpu əmrinin köməyilə 5 saniyə, 1 dəqiqə və 5 dəqiqə ərzində yüklənməni görmək mümkündür.

 

show_processes_cpu

show processes cpu history əmrinin köməyilə 60 saniyə, 60 dəqiqə və 72 saat ərzində yüklənməni görmək mümkündür.

show_processes_cpu_history

Hansı prosessin mərkəzi prosessoru bu qədər yüklədiyini necə tapmaq olardı? Hər dəfə show processes cpu əmrini daxil etmək və prosessorun yükünün nə qədər olduğunu və hansı prosessin buna səbəb olduğunu öyrənmək? Bunun yorucu və nəticəsiz iş olma ehtimalı daha yüksəkdir. Prosessi avtomatlaşdırmaq olarmı? Yəni əgər mərkəzi prosessorun yükü 50%-dan artıq olarsa, show processes cpu əmri avtomatik olaraq işə düşsün və nəticəni hər hansı bir fayla avtomatik olaraq yazsın. Mümkündür! EEM proqramlaşdırma bu imkanı bizə təqdim edir.

1. İlk öncə yazacağımız skriptə ad verək. Bizim halda bu CPU_STATS olacaq.

event manager applet CPU_STATS

2. Hər 5 saniyədən bir show processes cpu əmri həyata keçiriləcək və mərkəzi prosessorun yüklənməsi yalnız 50%-dan yuxarı olarsa, show processes cpu əmrinin nəticəsi fayla yazılacaq. Skript davamlı olaraq deyil, mərkəzi prosessorun yüklənməsi yalnız 10%-dan aşağı düşüb yenidən 50%-a qalxarsa, işə düşəcək. 1.3.6.1.4.1.9.9.109.1.1.1.1.3.1 adlı dəyər 5 saniyə ərzində prosessorun yüklənməsinə nəzarət etmək üçündür.

event snmp oid 1.3.6.1.4.1.9.9.109.1.1.1.1.3.1 get-type exact entry-op gt entry-val 50 exit-op lt exit-val 10 poll-interval 5

3. Mərkəzi prosessorun 50%-dan artıq yüklənməsi zamanı loqların toplandığı sistemə aşağıdakı mesaj daxil olacaq.

action 1.1 syslog msg “–HIGH CPU DETECTED–”

4. Mərkəzi prosessorun 50%-dan artıq yüklənməsi baş verdikdə, aşağıdakı əmrlər avtomatik olaraq yerinə yetiriləcək.

action 1.2 cli command “enable”

action 1.3 cli command “show process cpu | redirect flash:high_cpu.txt”

5. Mərkəzi prosessorun 50%-dan artıq yüklənməsi baş verdikdə, yerinə yetirilən show processes cpu əmrinin nəticəsinin yazıldığı high_cpu.txt faylını analiz etmək üçün TFTP vasitəsilə kompüterinizə yükləməyi unutmayın.

 

CCNA kursu 5.0 – 200-120

 

Uğurlar!

Amal

CCNA/CCNP/CCNA Security/CCAI

Nele Neuhaus - Unter Haien

  Alman yazıçısı Nele Noyhausun (Nele Neuhaus) bestseller olmuş növbəti ...

Daha ətraflı

Jo Nesbo - The Son

  Norveç yazıçısı Yu Nesbonun (Jo Nesbo) bestseller olmuş növbəti ...

Daha ətraflı

EEM proqramlaşdırma – mərkəzi prosessordakı sıçrayışlar

Salam, Şirkətdə idarə etdiyim Cisco Systems istehsalı olan 3750 sviçin mərkəzi ...

Daha ətraflı

Cisco Kursları

Cisco Certified Network Associate (CCNA R&S) kursu – CCNA 5.0 Dünyada şəbəkə ...

Daha ətraflı

RIP (Routing Information Protocol) – 1-ci hissə

Salam, Routinq protokollar dedikdə statik və dinamik routinq protokollar yada düşür. ...

Daha ətraflı